Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Tarixi günlər-video
 
 
ÇOX OXUNANLAR




Rəcəb ayının fəzilət və əməlləri
Yorğunluğa necə qalib gəlməliyik
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

AİLƏ OCAĞI >> Uğurlu nikah
İslamda ailə (2)


(...əvvəli ötən sayımızda)

Ər ilə arvadın bir-birinə qarşı olan haqqı və bir-biri ilə rəftarı və bunlara aid şəri hökmlər

Ailə quruluşunun qorunması, onun ehtiyaclarının təmin olunması üçün ər, ailənin məsulu və başçısıdır. Onun bu iş üçün səlahiyyəti, şəksiz ki, qadından daha artıqdır. Belə ki, müqəddəs İslam şəriəti kişinin başçı olmasını təkid edir. Harama düşmə və vacibatın tərk olunmasına gətirən hallar istisna olmaqla, qadınlar öz ərlərinə tabe olmalıdırlar. Əks təqdirdə, ailə üzvləri arasında hərc-mərclik, qarışıqlıq, dava-dalaş hakim olacaq və mövcud eşq, məhəbbət kökündən dəyişiləcək, hətta bəlkə də məhv olub aradan gedəcəkdir. Bu təhlükələrin qarşısını almaq üçün İslam dini qadınların kişilərə tabe olmasını və itaət etməsini vacib və zəruri bilir. Qurani-Kərimin «Nisa» surəsinin 34-cü ayəsində buyurulur:
«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər...»

الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ

Qadın öz ərinə itaət etməli, sözündən çıxmamalı və ərindən icazəsiz onun evindən heç bir şeyi sədəqə verməməlidir. Əgər ondan icazəsiz evdən bir şey verərsə, onun savabı ərinə yetişər, özünə isə günah yazılar. («Kafi», 3-cü cild, cüz 12, bab 118, səh. 112) Hətta qadın öz ixtiyarında olan maldan da ərindən icazəsiz bir kəsə verməməlidir. Qadın yalnız öz malından həcc ziyarəti üçün, ya zəkat verməkdə, yaxud da ata-anasına və qohumlarına yaxşılıq etməkdə ixtiyar sahibidir. («Məkarimul-əxlaq», 1-ci cild, səh.464) Qadın ərindən icazəsiz müstəhəb oruc tuta bilməz. Hər vaxt əri onunla cinsi əlaqədə olmaq istəyərsə, qadın hazırlığını bildirməlidir. Əgər qadın bunu gecikdirsə, beləliklə əri yuxuya getmiş olsa, mələklər əri yuxudan oyanana qədər onu lənətləyər. («Kafi», 5-ci cild, səh.508-511)
Qadın ərindən icazəsiz çölə gedə bilməz. Əgər icazəsiz bir yerə gedərsə, Yerin və göyün qəzəb və rəhmət mələklərinin hamısı o, evə qayıdana qədər onu lənətləyərlər. («Kafi», 5-ci cild, səh.506) Qadın əri ondan narahat olan halda gecəni-gündüzə çatdırsa, Allah-Taala onun namazlarını qəbul etməz. («Kafi», 5-ci cild, səh. 507) Qadın özünü əri üçün bəzəyib xoş ətirli etməli və həmçinin səhər-axşam özünü onun ixtiyarında qoymalıdır. («Kafi», 5-ci cild, səh.508)
İmam Cəfər Sadiq (ə) buyurur ki, hər hansı bir qadın öz ərinə: «Mən heç vaxt səndən yaxşılıq görməmişəm» – deyərsə, bütün xeyir əməlləri silinib məhv olar. («Mən la yəhzəruhul-fəqih», 3-cü cild, səh.278)
İmam Kazım (ə) buyurur: “Qadının cihadı ərinə yaxşı qulluq etməsidir”.
Ərin zəhmətlərini dəyərləndirmək, onunla mehriban davranmaq, onun yoxsulluğuna səbir etmək, onu yaxşı qarşılamaq, qulluğunda durmaq, getdikdə yola salmaq, icazəli günlərdə onun cinsi tələbini ödəmək, onun üçün bəzənmək, ondan bacarığından artıq bir şey istəməmək və s. kimi işlər Peyğəmbərin (s) və məsum İmamların (ə) qadının vəzifəsi kimi buyurduqları göstərişlərdir və qadının cihadı sayılır.
Qadının ərinin üzərində olan haqqları

Kişinin vəzifəsi öz qadınının tələbatlarını – istər paltar, istərsə də yemək baxımından – ödəməkdir. Əgər qadının xətaları olsa, kişi onun xətalarından keçib onu bağışlamalıdır. («Kafi», 5-ci cild, səh.511, hədis 2) Kişi qadına üz turşutmamalı və hər üç gündən bir ona ət, həmçinin, altı aydan bir həna və bu kimi şeylər alıb gətirməlidir. Bayram günlərində qadının ürəyini hər gün yemədiyi nemətlə sevindirməlidir. («Kafi», 5-ci cild, səh.511-512) Kişi qadınla gözəl rəftar etməlidir. («Məkarimul-əxlaq», 1-ci cild, səh.469)
Kişi xanımını fəsadlı işlərdən (musiqi və bu kimi şeyləri dinləməkdən) çəkindirməlidir. Kişi qadının evdən çıxmasına nəzarət etməli və onun yad adamlarla çox ünsiyyətdə olmasına şərait yaratmalıdır.
Kişinin qadınla rəftar qaydaları

Həyat yoldaşı ilə ailə mühitində səfa-səmimiyyətlə, xoşluqla yaşamaq, yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradır. Bu iş ər-arvadı bir-birinə qarşı mehriban etməkdən əlavə, axirət savabına da malikdir, insanı Allah dərgahına yaxınlaşdırır. İslam Peyğəmbəri (s) bu barədə belə buyurub: «Kişinin zövcəsi onun evində əsir kimidir. Allahın ən yaxşı bəndələri öz zövcələrinə qarşı mehriban olanlardır». («Vəsailuş-şiə», 14-cü cild, səh.122)
Kişinin ailə həyatında diqqət etməli olduğu ən mühüm mövzu budur ki, bilsin, zövcəsi həyatında onun şərikidir.
Kişi öz həyat yoldaşına ona aid olmayan işləri gördürməməlidir, çünki qadın bir güldür, xidmətçi deyil. («Məkarimul-əxlaq», 1-ci cild, səh.470)
Kişi həyat yoldaşına kömək etməlidir. Zövcəyə kömək etməyin savabı barədə Peyğəmbər (s) Əliyə (ə) belə buyurub: «Ya Əli! Hər kim evdə zövcəsinə kömək etsə və bu köməklikdən inciməsə, Allah, onun adını şəhidlərin dəftərinə yazar və onun hər gecə-gündüzünə görə min şəhidin savabını yazar. Atdıığı hər addıma görə həcc və ümrənin savabını bağışlayar. Həmçinin, bədənindəki damarlarının sayı qədər Behiştdə ondan ötrü şəhər salar». («Cameus-saadat», 2-ci cild, səh.643)
«Ya Əli! Zövcəyə xidmət etmək, böyük günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur və Behişt hurilərinin ona qismət olmasına səbəb olur. Nəhayət, ehsan və dərəcələrinin çoxalmasında böyük rol oynayır». («İrşadul-qulub», 1-ci cild, səh.175)
Kişinin həyat yoldaşı ilə rəftarına dair həmçinin bunlar da söylənilmişdir:
Kişi qadınının başqası haqqında dediyini qəbul etməməli və öz ixtiyarını onun əlinə verməməlidir. Bir sözlə, evin böyüklüyü qadının ixtiayrında qoyulmamalıdır. Rəvayətdə buyurulub ki, bu cür edən kişilər lənətlənmişdir. Heç vaxt razılıq vermə ki, qadın yəhər üstündə otursun. Sənin qohumların haqqında nə desə, sözünə qulaq asma. («Məkarimul-əxlaq», 1-ci cild, səh.494) Kişi hər dörd gecədən bir həyat yoldaşının yanında yatmalı və əgər səfərdə olmasa, hər dörd aydan bir onunla cinsi əlaqədə olmalıdır.
Bu barədə olan başqa hüquqlar və əhkamlar haqqında başqa kitablarda təfsilatı ilə yazılıb. Maraqlananlar ora müraciət edə bilərlər.

Şeyx Abbas Quminin «Möminlərin zinəti» və İmam Səccadın (ə) «İslamda hüquq nəzəriyyəsi» kitabından istifadə olunmuşdur.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2018 >>
<< Aprel >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: