Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Tarixi günlər-video
 
 
ÇOX OXUNANLAR




Rəcəb ayının fəzilət və əməlləri
Yorğunluğa necə qalib gəlməliyik
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

AİLƏ OCAĞI >> Uğurlu nikah
Öz xanımında eyb axtarma!


Bu dünyada elə adi şəxs yoxdur ki, bütün yaxşı xüsusiyyətləri özündə cəmləsin və heç bir nöqsanı olmasın: Kimi kökdür, kimi arıq. Birinin burnu böyükdür, birinin ağzı. Biri bəstə boyludur, başqası çox hündür. Kimi utancaqdır, kimi həyasız. Biri qonaq qarşılaya bilmir, biri savadsızdır. Kimi pis əxlaqlıdır, kimi paxıl və s... Elə bir insan yoxdur ki, belə eyblərdən bir neçəsinə sahib olmasın.

Adətən, kişilər evlilikdən öncə zehnlərində bütün gözəl xüsusiyyətlərə malik və nöqsansız olan ideal qadın obrazı yaradır və bu obrazı ideal həyat yoldaşı adlandırırlar. Amma unudurlar ki, belə bir qadın həyatda mövcud deyil. Evləndikdən sonra həyat yoldaşı zehnlərindəki obrazla uzlaşmadıqda isə ondan eyb axtarmağa başlayırlar. Hətta xırda və əhəmiyyətsiz eyblərə belə göz yummurlar. O qədər kişik eyb haqda düşünürlər ki, o, gözlərində dağ boyda böyüyür. Həmin eybi tez-tez yoldaşına tənə vurub, onu təhqir edirlər. Başqalarının önündə bu barədə danışırlar. Beləcə ailə mühiti sarsılır, ailə problemlərinə bünövrə yaranır. Belə ki, bu eyb tutmalar nəticəsində qadın kədərli olur, mehribanlığı azalır və həyat yoldaşına qarşı məhəbbəti get-gedə soyuyur, ailəsinə və həyata qarşı qəlbi sərtləşir. O, öz-özünə deyir: “Məni sevməyən bir kişinin evində niyə zəhmət çəkim?”

Mümkündür ki, qadın da bu münasibətin qarşılığı olaraq həyat yoldaşında eyb axtarmağa başlasın. Ər: “Nə böyük başın var?” deyəndə, xanım: “Sən bu yekə ağız və sallaq dodaqlarınla heç danışma!”

Beləcə, bir-birini məzəmmət edə-edə səfa və səmimiyyət ocağı olan ailə mühiti eybtutma və təhqir meydanına çevrilir.

Əgər bu vəziyyətlə müştərək həyatı davam etdirsələr, ömürlərinin sonuna qədər xoş gün görməyəcəklər. Çünki mehribanlıq və səmimiyyəti olmayan ailə, rahatlıq və xoşluq yeri ola bilməz. Ailə həyatından narazı qalıb özünü bəxtsiz sayan məyus kişi və nöqsan tənəsi, təhqirə məruz qalan qadın əksər vaxtlar zərərli xəstəliklərə, xüsusən də ruhi və əsəb xəstəliklərinə tez tutulurlar.

Əgər bu döyüş meydançası daha da böyüsə, bu iş boşanma və ayrılıqla bitəcək. Nəticədə hər ikisi – həm qadın, həm kişi bədbəxt olacaqlar. Əgər onların uşaqları da varsa, həmin kişi cəmiyyət içində heysiyyət və abrını itirəcək və insanlar içində yelbeyin və həvəsbaz birisi kimi tanınacaq.

Bundan əlavə, ilk evlilik və boşanma nəticəsində ona iqtisadi yöndən də zərər dəyəcək. Belə ki, ikinci dəfə evlənmək üçün də büdcə lazım olacaq. Bunu təmin etmək asandırmı? Əlbəttə ki, bu qədər ziyanla öz iqtisadi vəziyyətini yoluna qoymaq çətin məsələdir.

Üçüncüsü, hələ onun özünə asanlıqla münasib və eybsiz həyat yoldaşı tapa biləcəyi də məlum deyil. Çünki bu cür keçmişi olan bir kişiyə hər qadın ərə getməyə razılıq verməz. Əgər razılaşan bir qadın da tapa bilsə, məlum deyil ki, o, ilk həyat yoldaşından yaxşı olacaq. Əlbəttə, mümkündür ki, bu qadının xüsusi bir eybi olmasın. Amma tamamilə eybsiz olması da mümkün olan iş deyil.

Deməli, ikinci xanımı da nöqsanlı, bəlkə bir neçə eybi olan biri (bəlkə əvvəlincidən daha da pisi) olacaq.Belə olan şəkildə kişi hər nə baş versə, ona qatlaşmalı olacaq və rüsvayçılıqdan qurtulmaqçün hər şeyə dözəcək. Kişinin ikinci ailəsindən tam razı qalması nadir hallarda baş verir. Çox vaxt kişi ikinci qadını da boşayıb, əvvəlki qadınının sorağına gedir.

Hörmətli bəylər!
Niyə qadınına bədbinliklə baxıb eyb axtarırsan? Kiçik və əhəmiyyətsiz nöqsanları şişirdib dağ boyda edirsən? Özünün və ailənin güzəranını qaraldırsan? Məgər nöqsansız qadın tanıyırsan ki, öz qadınında eyb gəzirsən? Məgər özün eybsizsən ki, onun tamamilə eybsiz olmasını gözləyirsən? Bu kiçik eyblərin nə dəyəri var ki, mehribanlığı soyudur və ailəni sarsıdırsan? Niyə yoldaşının ancaq eybini görür, yaxşılıqlarına göz yumursan? Əgər insafla həqiqətə baxsan, qadınında eyblərini örtüb yox edəcək çox yaxşı xüsusiyyətlər taparsan. Tapdığın yaxşılıqlara diqqət yetirməklə isə o kiçik eyblər sənin üçün heç eyb sayılmayacaq.

İslam eyb axtarmağı pis bir xasiyyət kimi tanımış və onu nəhy etmişdir.
Peyğəmbər (s) buyurub: “Ey sözdə iman gətirib qəlbən mömin olmayanlar! Müsəlmanlardan qeybət etməyin və eyblərini axtarmağa çalışmayın. Çünki hər kim qardaşının eybini axtarmağa çalışsa, Tanrı onun eyblərini aşkar və xalqın yanında onu rüsvay edər.”


Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2018 >>
<< Aprel >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: