Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR

Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

AİLƏ OCAĞI >> Uğurlu nikah
Qadın qəlbini əldə etməyin yolu


Hörmətli kişilər!
Əgər sizin namünasib rəftarınız səbəbilə, həyat yoldaşınız inciyib, yaxud hiddətlənibsə, bu məqalədən yardım alıb onun ürəyini ələ alın ki, həyatınız adi axarına qayıtsın.

Onun ideal kişisi olun.
Onun hansı işinizdən xoşlandığını yəqin ki, bilirsiz. Onları artırın, bəyənmədiklərini də azaltmağa çalışın. Tanışlığınızın ilk dövrlərində onu aşiq etdiyiniz kişi kimi olun. Onun xətrinə canfəşanlıq edin, fədakarlıq göstərin və onu geri qaytarmağa çalışın. Bir az zaman verin ki, onun sizin üçün nə qədər əhəmiyyətli birisi olduğunu başa düşsün. Tanışlığınızın əvvəlində onun vurulduğu və ailə qurmağa razılaşdığı həmin kişi olun. Həmin kişi olun ki, həmişə onunla fəxr etmişdir.

Dəyişildiyinizi ona bildirin.
“Mən dəyişəcəyəm” deməklə dərdə dəva etmək olmaz. Sizin hərəkətləriniz sözlərinizdən daha çox təsir bağışlayır və onun qərarları üçün ilk mənbə hesablanır. Onun sevib-sevmədiyi işləri seçin və diqqətinizi bu işləri edib-etməmək üzərə cəmləşdirin.
Məsələn, yoldaşınız həmişə gileylənir ki, sözlərini dinləmirsiz. Siz də onun sevdiyi bir işi görün və bundan zövq alın.
Xanımınızı həqiqətən qaytarmaq istəyirsinizsə, bu iş üçün hədd və miqdar təyin etməyin. Onun razılığını cəlb etmək üçün səy etməlisiz və bütün mərhələlərdə soyuqqanlılığınızı qorumalısınız. Özünüzdən məyuslanmayın və qadınınıza qarşı diqqətsizliyə yol verməyin. Çünki bu iş sizi onun nəzərində duyğusuz şəxs kimi cilvələndirə bilər. Daha sizin üçün önəmli olmadığını düşünə bilər. Onu dəyərləndirdiyinizi bildirin, amma diz çökməyin.

Onunla söhbət edin.
Ehtimal ki, o daima sizin yaxşı həmdəm olmadığınızdan şikayətlənir. Sizin haqqınızda mənfi düşüncələr oyadan səbəbləri dağıdın və onun mənəvi ehtiyacını ödəyin. Öz düşüncə tərzinizlə onu tanış edin. Keçmiş səhvləriniz üzərində işləyin və onları aradan qaldırın. Xanımınızdan başqa istəkləri barəsində də sizinlə danışmasını xahiş edin və onu diqqətlə dinləyin. Bu işlə sizin yetərincə yetkin birisi olduğunuz sübuta yetər.

Sevginizi etiraf edin.
Qadınlar həmişə sevgi etirafları intizarındadırlar.Əgər öz etirafınızı münasib bir vaxtda açıqlaya bilsəniz,gülərüzlə qarşılaşacaqsınız. Lakin diqqət edin ki, belə sözlər ani və önsözsüz olmasın. Xanımınızla təklikdə qalana qədər səbr edin, sonra ovsunlayan hisslərinizi açıqlayın. Öz sözlərinizdə səmimiyyəti qorusanız, daha çox təsir buraxacaqsınız, çünki qəlbdən gələn səs qəlbə düşər.

Səmimi və riyasız olun.
Qeyri-səmimi onun qəlbinin dərinliyinə baş vurmağa çalışmayın, çünki qadınlar yalan və riyanı seçməkdə çox həssasdırlar. Doğru danışmağınız daha yaxşıdır. Öz keçmiş səhvlərinizin səbəblərini izah edin və yaxşı ibrət aldığınızı söyləyin. Ona deyin ki, onsuz həyat sizə ağırdır.

Qadınınıza bir dəstə gül, yaxud hədiyyə alın.
Xanımınıza gözəl bir hədiyyə, yaxud xatirəsi qalacaq gözəl bir gül dəstəsi bağışlamağa çalışın. Çox bahalı olmasa da, səliqəli və sevinc bəxş edən bir hədiyyə olsun.
Bütün bu işlərlə bərabər, inciklik xanımınızın qəlbindən silindikdən sonra bir daha belə halların baş verməməsi və bir-birinizin baxışından daha çox xəbərdar olmaq üçün onunla qarşılıqlı və məntiqli söhbət edin.


Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.
 


Xəbər arxivi
<< 2018 >>
<< Oktyabr >>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com