Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR






Quranda adı çəkilən qadınlar
Qadının yaradılışı
Quran baxımından müddətli əqd
Quranda iman və nifaq
Kənizlərlə evlilik
Qadınları döymək olarmı???
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
Məhrəmlərlə evlənməyin haram olunması
Kövsər - Peyğəmbər yadigarı
Mömin və kafir qadınlardan nümunələr
 

AİLƏ OCAĞI >> Uğurlu nikah
Sevinc dolu həyatı birgə yaradın


Evlilik həyatında tələb olunan rahatlıq və səadətə nail olmaq üçün qadınla kişi arasındakı münasibətlərin düzgün qurulması əsas şərtdir. Həmçinin bu sahədə çoxlu maneələr də mövcuddur ki, onların həlli yalnız həyat yoldaşlarının özlərindən asılıdır. Həmin maneələrin bəzilərini nəzərinizə çatdırmaq istəyirik:

1. Sərt davranış və etimadsızlıq (bir-birinə güvənməmək)
İnsanın danışıq və davranışında həmişə nöqsan olur. İnsan nə qədər hər şeyə ifrat tənqidlə baxırsa, bir o qədər iradlar tutur. Yersiz ciddiyyət insana mənfi baxış və etimad göstərməməkdən qaynaqlandığı üçün din və əxlaq nöqteyi-nəzərindən də məzəmmət edilmişdir. Ailə həyatında sərt davranış özünü müxtəlif şəkildə büruzə verir. Buna misal olaraq ev işlərinə dair iradların tutulmasını göstərmək olar. Bəzən bədbinlikdən doğan müxtəlif amillər nəticəsində qadın, ya kişidə qarşı tərəfə nisbət yersiz hisslər yaranır və nəticədə onlar ev səliqəsində vəsvəsəyə, yersiz tələbkarlığa düçar olurlar. Bu növ ifrat “yoxlamalar” isə fəsada səbəb olur. Qarşı tərəf özünü təzyiq altında hiss edir və əks əməl göstərir. Halbuki Peyğəmbər (s) buyurub: “Təlim edin və güzəştli olun. Sərt olmayın. Ümid verin, başqalarını kənarlaşdırmayın”.

2. Qaşqabaqlı olmaq
Doğrudan da, narahatlıq və ruhi yorğunluğu olan şəxsin simasında bu halın təsiri aşkar şəkildə görünür. Lakin İslam dərdi qəlbdə gizlətməyi tövsiyə edir. Dil yarası yaraların ən pisidir. Tənə, töhmət, danlaq və utanc vurmağın hər biri başqa şəxsə əziyyət etməyin səbəbidir. Bunun İlahi cəza və axirət aqibətinin pisliyindən əlavə, həyatın dinclik və salamatlığını alt-üst etmək xüsusiyyəti də var. Əgər zövcələrdən biri əsəbi şəxsdirsə, müqabil tərəf vəziyyəti anlayaraq onun əsəblərini təhrik etməkdən çəkinməlidir, sükut və özünü ələ almaqla yoldaşına əsəb həyəcanını cilovlamaqda yardımçı olmalıdır.

3. Rəqabət
Bu hal həm qadın, həm kişidə mövcud ola bilər. Rəqabət olan ailə həyatında isə ixtilafların yaranmaması qeyri-mümkündür. Halbuki rəqabət ruhi bir xəstəlikdir və onun qarşısını almaq çox asandır. Quranın nəzəriyyəsinə əsasən, mömin o şəxsdir ki, bütün cah-cəlal, rəqabət və israfları ayağı altına alır. Sadəlik dinin əsası və əxlaq sahiblərinin həyat tərzidir. Bəzi zövcələr başqalarının həyat tərzini öz yoldaşına nümunə göstərməklə onu təhqir edir. Halbuki onların hər birinin borcudur ki, mehriban və səmimi münasibətlərini qorumaq üçün viranedici müqayisələrdən birdəfəlik əl çəkib, bu vəsiləylə qarşı tərəfin təhqir olunma səbəblərini məhv etsinlər. Bəzən bu növ müqayisələr qohumları da əhatəyə alır. Qadın və kişinin hər biri öz valideyn və qohumlarını qarşı tərəfinkilərlə müqayisə edir və özününkülərin imkan və üstünlüklərini yoldaşına tənə vurur. Həqiqətdə bu növ rəftarlar şəxsiyyət zəifliyinin göstəricisidir; belə adamlar hələ ruhi və düşüncə yetkinliyinə çatmayıb və ailə həyatının tərzini və yolunu öyrənməyiblər.
İmam Səccad (ə) bu barədə belə buyurub: “Bütün xeyir və yaxşılıqlar tamaha qalib gəlməkdə və başqalarının əlində olan şeylərə göz dikməməkdədir”.

4. Tərslik
Eqoizm və lovğalığın bir budağı tərslikdir. Bu rəzilətli sifətin xətəri o qədər böyükdür ki, ailə həyatının bünövrəsini sarsıda bilər. Bu dərdin dərmanı, özünü onun əksini görməyə vadar etməkdədir. Mübahisə etmək insan münasibətlərində dağıdıcı təsir buraxır, qəlbin sınmasına, zövcələrin incikliyinə səbəb olur. Əksər halda qadın, yaxud kişi bir nəzəriyyə irəli sürür və təzyiq altında onu yoldaşına təhmil etmək (yükləmək) istəyir. Halbuki o nəzəriyyə özü doğru olmaya bilər. Qarşı tərəf də bu təhmildən qaçmaq üçün var qüvvəsiylə o mövzuya qarşı dayanır. Təcrübə göstərir ki, bütün bu vəziyyətlərdə bəhs haqla batil üzərində deyil, “mən” və “mənim sözüm”ün keçərliliyi üzərində qurulur. Əslində isə öz üstünlüklərinə qürurlanmaq xoşbəxtliyin maneələrindən biridir və bizim dinimiz eqoistliyi şeytan vəsvəsələrindən biri hesab edir.

5. Yersiz istəklər
Ailə həyatı qadın və kişinin müştərək kamala yetmə meydanı sayılır. Həyatda razılıq və rahatlığa nail olmaq üçün qadın və kişinin bir-birindən istəkləri və qarşı tərəfdən gözlədikləri onların qüdrət və imkanlarına uyğunlaşmalıdır. Əks təqdirdə ruhi təzyiqlər onların həyatlarına hakim kəsiləcək. Nəticədə, qarşı tərəfin zəhmət və məhəbbəti dərk edilməyəcək, ya da əhəmiyyətli sayılmayacaq və belə qarşılıq zaman keçdikcə zövcələrin münasibətində ciddi anormallıq yaradacaq.

6. Tənqid qəbul etmə
İslam və dini tərbiyə tənqidi qəbul etməyi aşılayır. İmam Cavad (ə) buyurub: “Mömin Allahın tövfiqinə, özünütənqidə və başqasının nəsihətini qəbul etməyə ehtiyaclıdır”.
Tənqid qəbul etməməyin ziyanı budur ki, ər-arvad arasındakı məhəbbət sönür və tərslik hissi qüvvətlənir.

7. Anlaşılmazlıq
Söz deyərkən elə üslubdan istifadə etmək lazımdır ki, anlaşılmazlığın qarşısı alınsın. Nə çox elə hadisələr ki, deyilənlərlə eşidilənlər eyni olmur. Bir sıra şəxslər xüsusi ruhiyyəyə malik olub, anlaşılmazlığa düçar qalmağa çox meyllidirlər və onların zehni hər sözdən bir söz çıxara bilir. Belələri xoş baxışdan məhrumdurlar, onlarla münasibət saxlamaq çətindir. Bəzi psixoloqlar ailə ixtilaflarının əsil səbəbini anlaşılmazlıq sayırlar. Odur ki, zövcələr əsassız gümanlardan, mənfi yozma və alçaltmalardan, düşüncə vəsvəsələrindən çəkinməlidirlər ki, ailə münasibətləri zərər görməsin. Düzgün tənzimlənmiş münasibətlərdə gileylər, inciklik və sevinclər münasib şəkildə təzahür edir. Gileylər öz yerində və öz miqdarında olmalıdır. Onun bəyanında münasib yer və münbit fürsət nəzərə alınmalıdır. İmam Səccad (ə) buyurub: “Qəzəbi udmuş qurtum qədər, heç bir qurtum dəyərli deyil”.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.
 


Xəbər arxivi
<< 2018 >>
<< İyul >>
B.e Ç.a Ç C.a C Ş B
01
02030405060708
09101112131415
16171819202122
23242526272829
3031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com