Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR
Nümunəvi qadınlar
Qadınları döymək olarmı???
Məhrəmlərlə evlənməyin haram olunması
Mömin və kafir qadınlardan nümunələr
Biz sənə Kövsər əta etdik
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ögey analarla evlilik qadağandır
Qadının yaradılışı
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
 

Xəbərlər
Kaliforniya yanğınlarında 75 illik ailənin faciəli sonu - VİDEO

100 və 98 yaşlı qocaman cütlük yanğın nəticəsində həlak olublar.

ABŞ-ın Kaliforniya ştatında neçə gündür aramsız davam edən yanğınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

İslamazeri.com "Telegraph"-a istinadla xəbər verir ki, həlak olanlar arasında 100 və 98 yaşlarında olan, 75 il birgə ailə həyatı yaşamış cütlük də var. Qocaman cütlüyün faciəli ölümü üzümçülük regionunda yerləşən Napa məntəqəsində baş verib. Həlak olmuş Çarlz və Sara Rippinin oğlu Mayk Rippi valideynlərinin cəsədini kül olmuş evin qalıqları arasında tapıb. 100 yaşlı kişinin cəsədi həyat yoldaşının otağına doğru gedən koridorda aşkarlanıb. Oğlunun sözlərinə görə, atası ölüm anında belə anasını tərk etmək istəməyib.

Mayk Rippi bildirib ki, valideynləri gənc yaşlarında Viskonsindəki orta məktəbdə oxuyarkən tanış olublar və 1942-ci ildə ailə həyatı qurublar. Çarlz Rippi İkinci Dünya müharibəsi dövründə ABŞ ordusunda hərbi mühəndis kimi fəaliyyət göstərib. Keçən il cütlüyün ailə həyatının 75 illiyi qeyd olunub.

71 yaşlı oğul Mayk Rippi daha atasının yanmış evini bərpa etməyəcəyini bildirib. "Daha bunun heç bir mənası yoxdur, onlarsız bu evin heç bir mənası yoxdur. Hər şey bitdi, onlar getdilər..", - deyə o, kədərli halda jurnalistə müsahibəsində deyib.

Bildirək ki, 17 müxtəlif yanğın Kaliforniyada yeddi rayonu əhatə edib, 2 min ev, təsərrüfat və biznes müəssisələri yanaraq məhv olub. Bu yanğın Kaliforniya tarixində baş vermiş beş ən dəhşətli yanğından biri hesab olunur. Yerli rəsmilər ölü sayının artacağını istisna etmirlər. İndiyədək 100 nəfər xəsarət alıb, 200-dən çox insan isə itkin düşmüş hesab edilir. Yanğınlar isə hələ də davam edir.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Noyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: