Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR
Nümunəvi qadınlar
Qadınları döymək olarmı???
Məhrəmlərlə evlənməyin haram olunması
Mömin və kafir qadınlardan nümunələr
Biz sənə Kövsər əta etdik
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ögey analarla evlilik qadağandır
Qadının yaradılışı
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
 

Xəbərlər
Gürcüstanda Məhərrəmlik, Ərbəin... - Hər il Kərbəlaya gedənlərin sayı artmaqdadır - MÜSAHİBƏ

Məhərrəm ayının 27-ci gününü yaşayırıq və Ərbəin gününə 20 gündən az vaxt qalıb.

Hər il olduğu kimi bu il də dünyanın hər bir yerindən Ərbəin günü ilə əlaqədar milyonlarla insan müqəddəs Kərbəlaya yollanır. Böyük izdihamla zəvvarlar İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət edirlər.

Qonşu ölkə - Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgələrdə də İmam Hüseyn (ə) məclisləri keçirilir və müqəddəs torpaqlara səfərlər baş tutur.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov İslamazeri.com-a bildirib ki, Gürcüstandan Kərbəlaya yola düşən zəvvarların sayı 200-dən çox olur: "Gürcüstanda hər il məscidlərdə "Ərbəin" haqqında təbliğatlar aparılır. İlbəil məscidlərdə mərasimlər daha da izdihamlı keçirilir. Əvvəllər belə deyildi, son zamanlar "Ərbəin"ə verilən qiymət daha da çoxalıb. Məndə olan məlumata görə, Kərbəlaya səfər edən zəvvarların sayı 200-dən çox olur".

R.İgidov bildirib ki, ziyarət səfərləri idarə tərəfindən təşkil edilməsə də, gələcəkdə belə turlar üçün danışıqlar aparılır:

"İnsanların maddi durumu o qədər də yaxşı vəziyyətdə deyil, xüsusilə inanclılarda. Müəyyən qurumlarla danışmışıq ki, bizə şərait yaratsınlar, sərfəli qiymətə təşkil olunsun və hamı Kərbəlaya səfər edə bilsin. Bunu proqram şəklində həyata keçirmək istəyirik ki, hər il bir neçə dəfə Kərbəlaya turlar təşkil edək. İdarə tərəfindən Məşhəd ziyarətləri ildə 4 dəfə təşkil olunur, gələn ildən isə "Ərbəin" ziyarətlərini təşkil edəcəyik. Onu qeyd edim ki, həcc səfərinə təxminən 70 nəfər yollanırdısa, Kərbəlaya 200-dən çox insan səfər etməyə hazırlaşır".
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Musəvi İslamazeri.com-a bildirib ki, rəhbərlik etdiyi qurumun və İmam Əli (ə) adına xeyriyyə fondunun təşkilatçılığı ilə İmam Hüseyni (ə) qəbrini ziyarət məqsədi ilə Ərbəin səfəri təşkil olunur. İraqın Nəcəf və Kərbəla şəhərlərinə üç gün piyada yol gedilir. Zəvvarların sayına gəldikdə isə M.Müsəvi 150-ə yaxın inanclının qurumları tərəfindən müqəddəs torpaqlara səfər etdiyini söyləyib.

Gürcüstan “Əhli-beyt” (ə) cəmiyyətinin sədri, Marneuli şəhərinin imamcüməsi Hacı Rasim Məmmədov da İslamazeri.com-a bu haqda danışıb.

Hacı Rasim Məmmədov bildirib ki, Ərbəin günü Gürcüstanda da böyük vüsətlə keçirilir: "Möminlik, əmanətə sədaqət və Kərbəlada şəhadətə yetənlərin xatirəsini əzizləmə ənənəsi olan Ərbəin islam aləminin digər yerlərində olduğutək Gürcüstanda da dindarlarımız tərəfindən böyük vüsətlə keçirilir. Yerli möminlər İmam Hüseyn (ə) və digər Kərbəla şəhidləri üçün əza saxlayır, mərasimlər keçirirlər."
İmamcümə vurğulayıb ki, Gürcüstan müsəlmanlarının böyük hissəsi, Əhli-beyt (ə) aşiqləri Ərbəini din ocaqlarımızda, məscidlərimizdə möhtəşəm şəkildə qeyd edirlər: "Ərbəin son üç ildəPeyğəmbərimizin (s) və Əhli-beytin (ə) sədaqətli səhabələrindən olan Qeys ibn Səd ibn Übadənin bölgəmizdəki türbə-ziyarətgahında da keçirilir. Əziz Peyğəmbərimizin (s) yadigarına olan əhdlər təzələlənir. İllər ötdükcə qədim Əhli-beytsevərlər diyarı olan Gürcüstanda da Ərbəin məclisləri rövnəq tapır".
R.Məmmədov qeyd edib ki, hazırda 300-ə yaxın gürcüstanlı mömin və möminə Tiflis Əhli-beyt (ə) məscidi, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və Marneuli İmam Əli (ə) Məscidi tərəfindən təşkil olunmuş Ərbəin ziyarətinə yola düşməyə hazırlaşırlar.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Noyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: