Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Uşaqlarda yuxudan doymamağın SƏBƏBİ NƏDİR?

Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir




Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir

Publika.Az bildirir ki, məqalə "Pediatrics" jurnalında dərc edilib.


"Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil olması nəticəsində melatonin qatılığı kəskin şəkildə azalır və beləliklə yatmaq istəyi aradan qalxır, dövri ritmlərdə pozğunluq baş verir. Uşaqların göz bəbəyinin böyüklərə nisbətən daha iri, göz büllurunun isə daha şəffaf olduğu üçün, uşaqlarda işığa qarşı həssaslıq daha çoxdur", - tədqiqatın müəlliflərindən olan, Boulderdə yerləşən Kolorado universitetinin fiziologiya bölməsinin dosenti Monik LeBurjua (Monique K. LeBourgeois) izah edir.

Ekranlı qurğuların 5 yaşdan 17 yaş arası uşaqların sağlamlığına təsirinə həsr olunmuş 50-dən çox elmi işin nəticələrinə görə, ekran qarşısında daha çox vaxt keçirən uşaqların yuxusunda pozuntular baş verir.

LeBurjua həmçinin qeyd edir ki, əvvəlki təcrübələrin nəticələrinə əsasən, eyni işıq mənbəyinin təsiri nəticəsində uşaqlarda melatonin qatılığının böyüklərə nisbətən iki dəfə daha sürətli azalır. "Yuxu hormonunu" daha çox pozan bütün mobil qurğulardan gələn qısadalğalı "mavi işıqdır".

Özü də dövri ritmlərin pozulması təkcə qadjetlərin göz önündə saxlanılması nəticəsində baş vermir: yataq otağında telefon və ya noutbukun olması belə kifayətdir.

Məsələn, səkkiz yaşa qədər olan uşaqlar orta hesabla gündə 48 dəqiqə ekran qarşısında keçirir. Valideynlər çox vaxt buna etiraz etmir, hətta əksinə, yatmazdan əvvəl uşaqlar üçün cizgi filmləri qoşurlar.

Məktəbəqədər yaş dövrü uşaq inkişafının son dərəcə həssas dövrüdür. Rəqəmsal medialar getdikcə uşaqların həyatına daha çox sirayət edir və tədqiq olunmamış hələ çox məqamlar var.

Yeniyetmələrdə isə yuxudan doymama əksər hallarda yatmazdan əvvəl, məsələn, zorakılıq kimi "aqressiv elementi" olan səhnələrə baxmalarından irəli gələ bilər. Yuxunu həmçinin müxtəlif messencerlərdə dostlarla yazışma da ləngidir.

Alimlər valideynlərə uşaqlarına yatmalarına bir saat qalmış mobil telefon verməməyi, yuxu və istirahət dövründə özününküləri də daxil olmaqla, bütün elektron qurğuları söndürməyi, onları başqa otaqda enerji ilə yükləməyi və uşaqlar yatdığı otaqlarda heç bir qadjet saxlamamağı tövsiyə edir.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com