Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Biznesmenin azyaşlı oğlu şəhid qızını maşınla vurdu

3 uşaq anası Könül Əkbərova hadisə yerində dünyasını dəyişib




3 uşaq anası Könül Əkbərova hadisə yerində dünyasını dəyişib

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən verilən birgə məlumatda qeyd olunur ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Məmmədov Arif Məmməd oğlu (ad, soyad şərtidir) tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, A.Məmmədov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

A.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

"Qafqazinfo"nun məlumatına görə, qəzada dünyada dünyasını dəyişən K.Əkbərova 3 uşaq anasıdır və şəhid Elton Əkbərovun qızıdır. Qəzanı törədən şəxs isə 17 yaşlı Rəhim Rəhimovdur. O, iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimovun özü isə "Yeganə" şadlıq sarayının rəhbəri Məhəmməd Rəhimovun qardaşıdır.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com