Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR




Nümunəvi qadınlar
Qadınları döymək olarmı???
Məhrəmlərlə evlənməyin haram olunması
Mömin və kafir qadınlardan nümunələr
Biz sənə Kövsər əta etdik
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ögey analarla evlilik qadağandır
Qadının yaradılışı
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
 

Xəbərlər
Ərəb Birliyi sabah Qüds üçün toplanacaq

Ərəb Birliyi Fələstin Daimi Nümayəndəliyi də Qüds mövzusunda toplantı keçirilməsini istəmişdi




Ərəb Birliyi Fələstin Daimi Nümayəndəliyi də Qüds mövzusunda toplantı keçirilməsini istəmişdi

Ərəb Birliyinin ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürmək planlarını müzakirə etmək üçün sabah fövqəladə toplanacağı bildirilib.

Ərəb Birliyi baş katibinin Müavini Husam Zəki verdiyi açıqlamada Fələstinin tələbi ilə Qüds mövzusunda müşavirə keçiriləcəyini söyləyib.

FaktXəbər-in məlumatına görə, Zəka Ərəb Birliyinin çərşənbə günü nümayəndələr səviyyəsində toplanacağı deyib.

Fələstin XİN rəhbəri Riyad əl-Maliki Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Qüds üçün təcili toplanma çağırışı etmişdi.

Ərəb Birliyi Fələstin Daimi Nümayəndəliyi də Qüds mövzusunda toplantı keçirilməsini istəmişdi.

Fələstin dövlət başçısı Mahmud Abbasın da ABŞ-ın Təl-Əviv səfirliyinin Qüdsə daşınmasını müzakirə etmələrinə dair bir çox ölkənin lideri və beynəlxalq qurumla yazışmalar apardığı bildirilir.

Fələstin rəsmi xəbər agentliyi olan WAFA-nın məlumatına görə, ABŞ prezidenti Donald Trampın "Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürərək buranı İsrailin paytaxtı kimi tanımağa hazırlaşdığı" istiqamətindəki xəbərlərdən sonra Abbas, bu planın qarşısının alınması üçün çoxsaylı liderlə görüşüb.

Abbas Afrika Birliyi, Ərəb Birliyi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Rusiya və ABŞ-dan ibarət Yaxın Şərq Dördlüyünə bu təşəbbüsün qarşısının alınması üçün müraciət göndərib.

Abbas müraciətində belə bir qərarın sülh prosesinə zərbə endirəcəyini və bölgəni daha çox qeyri-sabitliyə aparacağını vurğulayıb.

Amerika mediasının xəbərlərində ABŞ prezidenti Donald Trampın 6 aylıq təxirə salma müddəti gələn həftə başa çatacaq 1995-ci il tarixli "Amerika səfirliyinin Qüdsə köçürülməsinə dair Qanun"u yenidən təxirə salmayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və Amerika səfirliyinin Qüdsə köçürülməsinə qərar verəcəyi iddia edilmişdi.

Ağ Ev sözçüsü Sara Hakkabe Sanders ötən çərşənbə, "bu istiqamətdə addım atmaq hələ tezdir" açıqlamasını vermişdi.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
010203
04050607080910
11121314151617
18192021222324
25262728293031
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: