Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR




Nümunəvi qadınlar
Qadınları döymək olarmı???
Məhrəmlərlə evlənməyin haram olunması
Mömin və kafir qadınlardan nümunələr
Biz sənə Kövsər əta etdik
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ögey analarla evlilik qadağandır
Qadının yaradılışı
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
 

Xəbərlər
Bakıda uşaqlar koksaki virusuna tutulub?

Payız-qış fəsli yaxınlaşanda bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.




Payız-qış fəsli yaxınlaşanda bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.

İslamazeri.com Qafqazinfo-ya istinadən xəbər verir ki, virusun əlamətləri müşahidə ediləndə valideynlər narahat olmağa başlayırlar.

Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur. Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır.

Uzman doktor Altay Abdullaoğlu da xəstəlik barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: “Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

Səpkilərinə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyim kimi, bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi, bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Çoxlu maye qəbul edilməlidir”.

Respublikanın baş pediatrı Nəsib Quliyev valideynlərin narahatlığına aydınlıq gətirib. O bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: “Koksaki ABŞ-ın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır. Bu, qripə bənzər bir xəstəlikdir. Dünyanın hər yerində də buna rast gəlinir. Bizdə böyüklər, adətən, xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər. İndi də bu xəstəliyin epidemiyası və heç bir problemi yoxdur. Şayiə yayırlar ki, bu xəstəlik çoxalıb. Elə xəstələr olanda Elmi-Tədqiqat Pediatriya İnstitutuna gəlirlər. İndi belə xəstələr yoxdur. Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün laboratoriyada müayinədən keçilməlidir.

Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu, koksaki virusudur. Valideyn bunu necə deyə bilər? Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi? Bu, sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir. Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.

Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa, mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədə belə bir virus yayılıb”.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
010203
04050607080910
11121314151617
18192021222324
25262728293031
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: