Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Nazirlik: İnsanlar yolka bəzəmək üçün meşələrdən pulla təbii ağac ala bilərlər

Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir

Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir. Trend-in məlumatına görə, sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz başa gəlməsi olur.
Məsələn, bu yaxınlarda Rusiyada əhalinin maddi vəziyyəti nəzərə alınaraq, eyni zamanda qanunsuz halların qarşısını almaq üçün imkanı çatmayan şəxslərə meşələrdən iynəyarpaqlı ağac kəsməyə icazə verilməsi ilə bağlı təklif irəli sürülüb.
Rusiyada Meşə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər bir insan meşəbəyliyə müraciət edərək ağacın kəsilməsi üçün icazə ala bilər. Ağacın dəyəri isə onun uzunluğundan asılı olaraq dəyişəcək. Ağacın hər metrinin insanlara 200 rubla (təxminən 5-6 manata) təklif edilməsi nəzərdə tutur.
Bazarda süni yolkanın qiymətinin daha yüksək olduğu nəzərə alınarsa, bu, Yeni ili yolka ilə qeyd etmək istəyənlər üçün ən səmərəli variant ola bilər. Qeyd edək ki, hazırda Azərbaycanda 1 metrlik süni yolkalar 60-90 manata satılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov özəl olaraq Trend-ə deyib ki, Azərbaycanın qanunvericiliyi şəxslərə meşələrdən özbaşına ağac kəsməyə icazə vermir. Lakin təbii yolka quraşdırmaq istəyənlər ETSN-nin Meşə Mühafizəsi və Bərpası müəssisəsilərinə müraciət edərək oradan ting ala bilərlər:
"Meşələr əhəmiyyətinə görə 3 qrupa bölünür. I qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. I qrupa daxil olan meşələrdə ağaclar yalnız sanitar vəziyyətinə görə kəsilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir, tam istismara verilir. Rusiyada meşələr çoxdur, onların meşələri sənaye əhəmiyyətlidir. Rusiya iqtisadiyyatının 15 faizini elə meşə sənayesi təşkil edir. Ona görə də Rusiya ilə Azərbaycanı eyniləşdirmək düzgün deyil. Bizim meşələr əhəmiyyətinə görə I qrupa aid olduğundan burada Rusiyadakı kimi sənaye əhəmiyyətli qırıntılar aparılmır. Azərbaycanda əsas enliyarpaylı meşələr var. Amma buna baxmayaraq, bizdə şam, sərv və s. tingləri də yetişdirilir. Yeni ildə müraciət edildikdə pulu ödənilmək şərti ilə ting ala bilərlər”.
S.Salmanov deyib ki, tinglərin biri insanlara boyundan asılı olaraq, təxminən 2-5 manata təklif edilir.
Qanunvericilikdə də ting satışının nəzərdə tutulduğunu deyən nazirlik rəsmisi əlavə edib ki, ETSN-nin həm ting müəssisələri var, həm də Meşə Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində tinglik üçün sahələr mövcuddur:
"Tinglər lazım olan miqdarda meşə bərpası işlərinə sərf edilir. Artıq qalan isə əhaliyə və təşkilatlara satılır. Meşə Məcəlləsində də bu nəzərdə tutulur. Ona görə də istənilən şəxs ting almaq üçün müraciət edə bilər”.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com