Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilib - Qaydaları pozanları 1000 manata kimi cərimə gözləyir - VİDEO

İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilib.

İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilib.


Xezerxeber.az-ın məlumatına görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun bu gündən qüvvəyə minib. Qanuna əsasən, siqaret, sulu qəlyan və elektron siqaretdən bir çox yerlərdə istifadə edilməsinə görə cərimə tətbiq ediləcək. Bəs hansı ərazilərdə tütün məmulatlarından istifadəyə icazə verilmir?


İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət obyektləri, teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili və rayonlararası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə eləcə də avtobus dayanacaqlarında tütün məmulatlarından istifadə qadağan olunub.


Siqaret, sulu qəlyan və elektron siqaretdən istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. Qəbul edilən yeni qaydaya görə, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerləri ayrılmalı və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqşunas Kamandar Hüseynov deyir ki, bu qaydaları pozan şəxsləri polis əməkdaşları gördükdə dərhal cərimə edəcəklər.


Qeyd edək ki, Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com