Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR







Əyyami Fatimə - Xanım Fatimənin (s) matəm günləri
Yorğunluğa necə qalib gəlməliyik
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

Xəbərlər
Şeyx Zəkzəki : “Jurnalistlərə verdiyim müsahibəm təhrif olunub” - VİDEO

Nigeriya şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzəkinin səhhətinin pisləşməsinin ölkədə etirazlara səbəb olmasından sonra onun normal müalicəsi üçün hökumət Şeyx İbrahim Zəkzəkinin jurnalistlər qarşısına çıxaraq, açıqlama verməsinə icazə verib.




Nigeriya şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzəkinin səhhətinin pisləşməsinin ölkədə etirazlara səbəb olmasından sonra onun normal müalicəsi üçün hökumət Şeyx İbrahim Zəkzəkinin jurnalistlər qarşısına çıxaraq, açıqlama verməsinə icazə verib.

İslamazeri.com iuvmpress.com-a istinadən xəbər verir ki, dünən oğlu ilə əlaqə saxlayan nigeriyalı şiə müsəlmanlarının lideri oğlu ilə söhbətində mətbuata verdiyi müsahibənin Nigeriya rejiminin hazırladığı bir nümayiş olduğunu və onun sözlərinin təhrif edildiyini vurğulayıb:


“Həbsdən çıxdıqdan sonra bəzi analizlərin götürülməsi üçün xəstəxanaya köçürüləcəyimi dedilər. Təəccüblü vəziyyətdə müsahibə verdiyim yerə - Təhlükəsizlik və İnformasiya Nazirliyinin binasına - gətirildim. Əlbəttə, məni bura niyə gətirdiklərini soruşdum. Dedilər ki, xanımınız burdadır. Onunla birlikdə xəstəxanaya gedəcəksiniz. Oranı tərk edərkən bildirdilər ki, sizinlə görüşmək istəyənlər var. Mən bilmirdim onların məqsədi jurnalistlərdir.

Jurnalistlər sağlamlığım haqqında bir neçə sual verdilər və mən də onların suallarını cavablandırdım. Mən verdiyim müsahibədə bu ifadləri işlətmişəm:

“Ötən cümə ( 5 yanvar) infarkt keçirdim. Yanvarın 8-dək vəziyyətim ağır idi, daha sonra təhlükə sovuşdu. Bu dəfə həkimlərimlə görüşməyə icazə verildi və mən yaxşılaşıram. Əvvəllər həkimlərimə məni ziyarət etmək icazəsi verilmirdi. Ancaq Təhlükəsizlik Xidmətinin həkimləri məni müailicə edirdilər. İlk dəfə öz həkimlərimə müraciət etmək üçün icazə verilib. Mən onlara infarktın təsirinin hələ də qaldığını söylədim, amma indi yaxşılaşıram, sizə də dualarınıza görə təşəkkür edirəm”.

Mən bunları söylədim. Hazırda səninlə söhbət edirəm, məcburam uzanam ki, səninlə danışa bilim. Namazlarımı oturub qılıram. Ruku və səcədəyə gedə bilmirəm. Xalqın dualarına təşəkkür edirəm. O duaların təsirini burda hiss edirəm. Mən heç zaman Təhlükəsizlik Xidmətinə təşəkkür etməmişəm. Onlar mənim təşəkkürümə layiq deyillər. Çünki məni qanunsuz şəkildə həbs ediblər. Bu ölkənin qanunlarından heç biri onların davranışlarını təsdiqləmir. Müəslmanlara qarşı başladılan hadisələrdən iki il keçib və onlar öz işlərini davam etdirirlər. Xalqa qarşı qətliamdan əl çəkmirlər. Mən indi durub onlara təşəkkür edəcəyəm?!

Allaha şükürlər olsun. Dünyaya hələ də yaşadığımı göstərmək üçün şou təşkil etdilər ki, yaxşıdır, amma onları təqdir etdiyimi iddia etmək düzgün deyil. Lakin məqsədlərinə çatmadılar.
Bütün sədaqətli qardaş və bacılarıma təşəkkür edirəm. Onlara səbr və istiqamət diləyirəm”.

Qeyd edək ki, Nigeriya mediası Şeyx Zəkzakinin müsahibəsindən yalnız “Yaxşıyam və dualarınıza görə sizlərə təşəkkür edirəm”, - hissəsini yayımlamışdı.

Xatırladaq ki, 2015-ci ilin dekabr ayında Nigeriyada hökumət qüvvələri müsəlmanlara qarşı qətliam törədiblər. Nigeriya İslam Hərakatının lideri Şeyx Zəkzakinin bir oğlu və bir qızı başda olmaqla minlərlə şiə qətlə yetirilib, diri-diri yandırılıb. Mindən artıq müsəlman isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralı vəziyyətdə həbsxanalara salınıb. Şeyx Zəkzakinin özü və xanımı isə göz və sinə nahiyəsindən ölümcül yaralanıb. 2014-cü ilin Ramazan ayında Nigeriya hərbiçiləri Şeyx Zəkzakinin 3 oğlunu öldürüb.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2018 >>
<< Fevral >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
2728
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: