Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Tarixi günlər-video
 
 
ÇOX OXUNANLAR




Rəcəb ayının fəzilət və əməlləri
Yorğunluğa necə qalib gəlməliyik
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

Xəbərlər
Mütləq oxuyun! 7 ildən bir bizi gözləyən dəyişimdən xəbərdar olun!

Yaşın nə fərqi var ki?

Yaşın nə fərqi var ki? Yaşın elə bir fərqi var ki , insan hər nə qədər sevirsə, sevsin, şüuraltının əmrləri o fərqi daim ortaya çıxaracaq və təzadları divar kimi ortaya qoyacaq. Bəli, indi söhbət sevgi münasibətlərindəki yaş fərqindən getdi. İnsan həyatı boyu müxtəlif psixoloji sədləri aşmalıdır və aşır. Hər yeni mərhələ ona yeni baxış, yeni dünyanın qapılarını açır. Özünüzü və ətrafınızdakı insanları yaxşı dərk etmək üçün bu məqaləyə diqqət yetirin. İnsan ömrünün 7 illik mərhələlərində ömrünə daxil olan yeni həyat fəlsəfəsi ilə tanış olun.
0-7 yaş arası Ana ilə sıx bağlılıq

Bu, dünyanı üfüqi anlama dövrüdür. Duyğular yaranır, dünyaya bütün baxış anaya sevgi kontekstinin içərisindən keçir. Bu dövrdə insan yumurtanın içərisində oturmuş kimi ana qayğısının içərisində yaşayır.

7-17 yaş arası

Dünyanı şaquli anlama dövrü. Uşaq daha çox atasına güvvənmyə başlayır, şəxsiyyəti formalaşır.

14-21 yaş arası

Cəmiyyətə qarşı qiyam dövrüdür. Materiyanın dərk edilməsi və yeniyetməlik dövrünün böhranı. Dünyanı dəyişmək, mövcud stereotipləri dəyişmək arzusu başlayır. Gənc öncə ailəsinə, sonra cəmiyyətə qarşı baş qaldırır. Asi olan hər şey – yüksək səsli musiqi, romantik münasibətlər, azadlıq, evdən qaçış, marginal qruplarla əlaqə həvəsi yüksək olur. Bu dövr ailədən qopma ilə başa çatır.

21-28 yaş arası

Cəmiyyətə daxil olma. Qiyamdan sonrakı sabitləşmə. İndi insanda öncəki nəsillərə nisbətən daha yaxşı olmaq, daha maraqlı iş tapmaq arzusu yaranır. O valideynlərindən bir addım daha irəlidə getmək arzusundadır. Bu dövrdə partnyor seçimi və ailə qurulması arzusu şiddətlənir. Bu dövr adətən, nikahla başa çatır və ilk kvadrat dövr (4×7) tamamlanmış olur.

İndi insan həyatının ikinci silsiləsi başlayır

28-35 yaş – Ocağın yaradılması

Evləndikdən sonra ev, maşın, uşaqlar… Bütün ailə dəyərləri yeni ocağın daxilində fokuslanır. İlk dörd dövr uğurlu keçməyibsə, bu ailə uğursuz olacaq. Ana ilə sevgi bağlarının normal olmaması həyat yoldaşının üzərində pis təsirlərlə özünü göstrəcək. Əgər asi gənclik keçirməyibsə, iş yoldaşları ilə münaqişəyə başlayacaq. Məhz bu dövrdə işdən azadolmalar, ayrılıqlar, depressiya və psixosomatik xəstəliklər özünü büruzə verir.

35-42 yaş –Hər şey yenidən başlayır

İnsan özünü və ətrafı fərqli şəkildə dərkə başlayr. Kişi və qadınların ayrılıq və sevgili qazanmaq dönəmi məhz bu yaş qrupları arasında daha çoxdur. Cəmiyyətə də baxışlar, öz mənəvi dəyərlərinə verilən qiymət də dəyişir. İnsan özünü ikinci dəfə doğulmuş kimi hiss edir. Birinci ailə dəyərlərinin dağılmasından sonra insan ikinci dəfə daha sürətlə yeni ocaq qurmaq və daha ağılla hərəkət etmək istəyində olur. Keçmişdən dərs almayanlar isə dairə içərisində qaçırmış kimi hər şeyi təkrar yaşayacaqlar.

42 -49 yaş –Cəmiyyətə qalib gəlmək, öz duyğu və fikirlərini yeritmək

Bu dövrdə insanı ancaq maddiyyat düşündürərsə (daha çox pul, daha çox sevgili, daha böyük karyera), o özünü zənginləşdirməklə məşğul olacaq. Əksinə, o, mənəvi dəyərlərə üstünlük verərsə, şəxsiyyətinin əsl yaranma səbəbini axtaracaq və tapacaq. Bu dövrdə dini baxışlar dəyişə bilər. Bu dövr mənəvi böhran yaşanması ilə başa çatır.

49-56 yaş

Mənəvi inqilab. Bu vaxta qədər insan maddi hər şeyi əldə edibsə, uğurlu ailəsi və işi varsa, o müdrikliyə can atır.

Bununla da insan həyatının ikinci kvadrat dövü(4×7) başa çatır.

Bundan sonra hər şey təkrarlanan silsilə ilə davam edir. "Qocalıb uşaqlaşıb, qocalıb gənc kimi özünü aparır” dediyiniz adamların günahı yoxdur. Hər şey bizim yaşımızın və onun gətirdiyi yeni bilgilərin, informasiyanın təsri ilə baş verir.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2018 >>
<< Aprel >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: