Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Tarixi günlər-video
 
 
ÇOX OXUNANLAR




Rəcəb ayının fəzilət və əməlləri
Yorğunluğa necə qalib gəlməliyik
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

Xəbərlər
İş axtaranların nəzərinə: “Dövlət işi” var

DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 17 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 514 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.


DİM mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 17 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 514 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Bu haqda Oxu.Az-a DİM-dən məlumat verilib.

Məlumata əsasən bildirilib ki, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 12 may 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir.

Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 12 aprel 2018-ci il tarixindən 12 may 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Kənd Təsərrüfatı Nazirliyi (443), Maliyyə Nazirliyi (17) və Gənclər və İdman Nazirliyi (14) tərəfindən təqdim olunub.

Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

Kənd Təsərrüfatı Nazirliyi (443 vakant vəzifə) BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 3,BB1 altqrupu üzrə 27, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 287, BB4 altqrupu üzrə 100;

Gənclər və İdman Nazirliyi (14 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 11;

Maliyyə Nazirliyi (17 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 14

Təhsil Nazirliyi (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2;

ASAN (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 4;

Füzuli Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Hacıqabul Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Şəmkir Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Şirvan Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Tovuz Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;

Yevlax Rayon Məhkəməsi (3 vakant vəzifə) BB4 altqrupu üzrə 3;

Ağstafa Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;

Gəncə Hərbi Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;

Şəki Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;

Lənkəran Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5 yer.

Müsabiqəyə çıxarılmış 514 vakant inzibati vəzifədən 64-ü BA vəzifə qrupu, 450-si isə BB vəzifə qrupuna aiddir.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2018 >>
<< Aprel >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: