Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
UŞAQ ALƏMİ
 
     Hərflər - video
 
     Quran öyrənək
 
     Yerli cizgi filmləri
 
 
ÇOX OXUNANLAR










Ramazan ayının gündəlik duaları - video
Oruc nədir? (VİDEO)
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

Xəbərlər
Xərçəngin səkkiz növünü müəyyən edən üsul tapıldı

ABŞ-dakı Con Hopkins Universitetindəki bir komanda xərçəng xəstəliyinin səkkiz çeşidini müəyyən edən üsul inkişaf etdiriblər.


ABŞ-dakı Con Hopkins Universitetindəki bir komanda xərçəng xəstəliyinin səkkiz çeşidini müəyyən edən üsul inkişaf etdiriblər.

Oxu.Az xəbər verir ki, elm adamlarının hədəfi illik bir test hazırlayaraq xərçəngi erkən müəyyən etmək və xərçəngdən ölümlərin qarşısını almaqdır.

İngilis alimləri bunu “çox həyəcanverici” hesab edirlər.

Xərçəng şişləri mutasiyaya uğramış DNT-lərinin və proteinlərinin kiçik izlərini qana ötürürlər.

“Xərçəng axtarma” (The Cancer Seek) testi ümumilikdə bu xəstəliklərdə ortaya çıxan 16 gendəki mutasiyaları və səkkiz fərqli protein ötürülməsini izləyir.

Yumurtalıq, qaraciyər, mədə, pankreas, udlaq, kolon, ağciyər və döş xərçəngi olan, hələ digər orqanlara sıçramamış 1005 xəstədə bu test sınaqdan keçirilib.

Test xərçəng xəstəliklərinin 70 faizini müəyyən edib.

“Xərçəngdə erkən diaqnoz qoya bilmək həyati əhəmiyyətlidir və çox həyəcanvericidir. Xərçəngin ölümcül xəstəlik olmasının qarşısını bununla almaq mümkün ola bilər”, – Con Hopkins Üniversiteti Tibb Məktəbindən Dr. Kristian Tomasetti bildirib.

Araşdırılan səkkiz xərçəng xəstəliyindən beşinin erkən diaqnoz proqramı hələlik yoxdur. Pankreas xərçənginin az əlaməti var, o, gec müəyyən edilir və diaqnoz qoyulduğu il xəstə həyatını itirir.

İndi test xərçəng diaqnozu qoylmamış insanlar üzərində sınaqdan keçirilir. Nə dərəcədə faydalı olduğu bundan sonra müəyyənləşəcək.

“Science” dərgisində yayımlanan bu araşdırma həm mutasiyaya uğramış DNT-ni, həm də proteinləri təsbit etmək baxımından çox önəmlidir.
 


Xəbər arxivi
<< 2018 >>
<< May >>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com