Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
UŞAQ ALƏMİ
 
     Hərflər - video
 
     Quran öyrənək
 
     Yerli cizgi filmləri
 
 
ÇOX OXUNANLAR










Ramazan ayının gündəlik duaları - video
Oruc nədir? (VİDEO)
Vətəni sevmək imandandır
Özünüzə inanırsınızmı?
Hicabın müsbət təsirləri
Hicab nə deməkdir
Hicab hifz olunması vacib olan dəyərlərimizdəndir
Hər səhnəsində bir ibrət dərsi olan ömür
İstedadlı insanların sirrləri
 

Xəbərlər
Dünyadakı ən qəribə ölümlər

İnsan həyatının təsadüf və ya ehtiyatsızlıq səbəbindən bitməsi çox acınacaqlı haldır.


İnsan həyatının təsadüf və ya ehtiyatsızlıq səbəbindən bitməsi çox acınacaqlı haldır. Lakin bir çox insanlar ölümü özləri çağırır. Ehtiyatsızlıq və ya ağılsızlıqları ucbatından gənc yaşda dünyasını dəyişən insanlar heç də az deyil.

Oxu.Az sizə ağılsızlıqları ucbatından ölən insanlar haqqında maraqlı faktları təqdim edir:

Əslən macarıstanlı olan Ceyk Fen adlı adam arvadını qorxutmaq üçün özünü asır və ölmüş kimi davranır. Bir neçə dəqiqə sonra otağa gələn qadın ərinin öldüyünü zənn edib huşunu itirir. Səsə çıxan qonşu qapının açıq olduğunu görüb içəri daxil olanda evdə iki cəsədin olduğunu görərək evi soyur. Ceyk qadına toxunarkən arvadı ayılır və onun dirildiyini zənn edib qorxudan ölür.

Nyu-Yorkda küçəni keçərkən bir adamı maşın vurur. Yüngülcə yerə yıxılan adam heç bir xəsarət almadan yerə yıxılır. Sürücü adama heç nə olmadığını görüb yenidən maşına qayıdanda kənardan bir nəfər yerdə yatan adama “Qalxma, qalxsan sığortadan pul ala bilməyəcəksən” deyir. Bu sözdən sonra adam yenidən maşının altına yatır. Adamın getdiyini düşünən sürücü maşını sürərək adamın üstündən keçir və o, ölür.

Amerikalı xanım Cerison qızı ilə zarafat etmək qərarına gəlir. Cənazə işləri ilə məşğul olan şirkətlərdən biri ilə razılaşan Cerison evə zəng edib ailəsinə öldüyünü demələrini istəyir. Ailəsinə infarktdan öldüyü deyilən Cerison qızını görəndə birdən “dirilir”. Qızının isə qorxudan ürəyi dayanır.

Marko və Roberto de Solisa adlı iki qardaşın ölümü daha qəribə səbəbdən olub. Bir-biri ilə yola gedə bilməyən qardaşlardan biri digərinin başına silahdan atəş açaraq öldürüb. Bu adi bir cinayət kimi görünə bilər. Ancaq həqiqət belə deyil. Çünki Marko ilə Roberto eyni qan dövranı sistemini paylaşan siam əkizləri idi. Robertonun ölümündən 5 dəqiqə sonra qan dövranı dayanan Marko da dünyasını dəyişib.

Kambocada 2 əsgər partlamamış minayla futbol oynamağa qərar verib. Kamboca ordusunun “ən yaxşı mina mütəxəssisləri” hesab edilən 2 əsgər partlama nəticəsində parçalara bölünərək ölüblər.

ABŞ-ın Alabama ştatında 25 yaşındakı bir əsgər tüpürmə vərdişinin qurbanı olub. Pəncərənin kənarına oturaraq tüpürcəyini böyük küçə lampasına atmaq istəyən əsgər müvazinətini itirib və 11-ci mərtəbədən yıxılaraq ölüb.
 


Xəbər arxivi
<< 2018 >>
<< May >>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com