Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və...

Keçən həftə Nijni-Novqorod Məhkəməsi iki uşağının amansız qətlində ittiham edilən 27 yaşlı yerli sakin Yelena Kərimovanı həbs edib.

Keçən həftə Nijni-Novqorod Məhkəməsi iki uşağının amansız qətlində ittiham edilən 27 yaşlı yerli sakin Yelena Kərimovanı həbs edib. O, uşaqları öz əlləri ilə boğub, sonra izləri itirmək üçün meyitləri iki dəfə yandırmağa çalışıb. Kərimovanın özü hərəkətini aydın izah edə bilmir. O iddia edir ki, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün belə addım atmaq qərarına gəlib.

Virtualaz.org bildirir ki, Life.ru saytının yaydığı yazıda belə deyilir.

Artıq Y.Kərimova barəsində kompleks psixoloji-psixiatrik ekspertiza təyin olunub. Ekspertiza qadının cinayəti törədən zaman anlaqlı olub-olmaması sualına aydınlıq gətirməlidir. Hərçənd Kərimova məhkəməsində tamamilə adekvat təsir bağışlayıb. Doğmaları və yaxınları deyirlər ki, Kərimova uşaqlarını çox sevirdi və bu dəhşətli cinayətə gedə bilməzdi. Onların fikrincə, bu dolaşıq işdə Kərimovanın keçmiş əri və uşaqların atası - Azərbaycandan olan kriminal avtoritetin hansı formadasa rolu olub…

Qeyd edək ki, istintaqın ilkin versiyasına görə, Y.Kərimova uşaqlarını - 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı kirayəyə götürdüyü "Kia Rio” markalı maşının arxa oturacağına oturdub. Maşında uşaqları boğub və bundan sonra cəsədləri yoxa çıxarmaq haqda düşünüb. Qərara gəlib ki, heç kimin olmadığı bir əraziyə aparıb orada yandırmaqla uşaqlarının cansız bədənlərini külə döndərsin. Bu niyyətlə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib, benzin alıb və meyitləri Semyonovsk rayonunun Şaldej kəndinin kənarındakı meşəyə aparıb. Uşaqlarının cəsədini meşənin bir kənarına tullayan qadın üzərilərinə benzin tökərək odlayıb. Lakin sonradan gecəyarısı meşədə yanğını görəcək şəxslərin olacağından qorxaraq alovu söndürüb. Cəsədləri maşına qoyaraq Nijni-Novqoroddakı mənzilə qayıdıb. Növbəti gün yenidən Semyonovsk rayonuna qayıdaraq orada yarıyanmış cəsədləri gizlətmək üçün yer axtarıb. Belə bir yeri Osinki kəndinin ərazisindəki köhnə tərəvəz bazasının ərazisində tapıb. Orada cəsədləri köhnə bir tikilinin içindəki zibilliyə tullayan qadın yenidən uzərilərinə benzin töküb və odlayıb. Kənardan yanğının böyüdüyünü görüb cəsədlərin tam yanaraq kül olacağına əmin olandan sonra maşına əyləşərək ərazidən uzaqlaşıb.
Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Yuxarıda qeyd etdiyimiz kimi, saxlanılandan sonra olanları etiraf edən qadın bildirib ki, o, uşaqları boşandıqdan sonra onları böyütməkdən bezdiyi üçün öldürmək qərarına gəlib.

Ancaq istintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları həqiqətən də sevdiyini bildirib.

"O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, - Kərimova aprelin 21-də paylaşım edib.

Y.Kərimova barəsində bilinən bir də odur ki, şəbəkə marketinqi ilə məşğul olub. İşi ilə əlaqədar bir müddət Moskvada qardaşının evində yaşayıb. Lakin biznesi alınmayıb və xeyli borca düşüb. Bununla bağlı barəsində məhkəmənin icraat qaydasında başladığı iş də olub…

Maraqlıdır ki, bu məsələdə hamı ata haqqında məsələdən yan keçməyə çalışır.
Məsələn, Yelenanın qonşusu və müəllimi Mariya deyir ki, uşaqların atası haqqında heç nə bilmirlər:"Oğlan atasını xatırlamırdı — cəmi iki yaşı vardı. Qız isə nənəsi, babası haqda danışsa da, atasını heç vaxt yada salmırdı”.

Y.Kərimovanın tanışlarının və qohumların sözlərinə görə, onun əri doğrudan da əslən Azərbaycandandır. Onun hətta saxta Ukrayna vətəndaşlığı olduğu da bildirilir. Yelena ilə isə 5 ildən artıqdır ki, tanışdırlar…

Kərimovanın anası etiraf edib ki, onların nikahının əleyhinə olub, amma Yelena onu eşitməyib və ərə gedib. Cütlük hətta Moskvaya yollanıb. Və bir neçə ildən sonra Yelena evə qayıdıb — ərsiz və ikinci uşağa hamilə vəziyyətdə…
— Mən bilirəm ki, o beynəlxalq axtarışa verilib. Amma bir ay əvvəl Nijni-Novqorodda peyda oldu və Yelenanı, uşaqları hədələməyə başladı, — deyə Yelenanın rəfiqəsi qeyd edib.

Ailəyə yaxın olanların sözlərinə görə, bundan sonra Yelenanın ərini heç kim görməyib və haqqında da heç nə eşitməyib. Bu ilin 12 martında isə Yelena boşanma barədə məsələ qaldırıb, yəni buna o özü təşəbbüs göstərib. Yelenanın rəfiqələri deyirlər ki, o çox sevinirdi: nəhayət, sərbəst olduğuna görə.

Amma sonra… Sonrasını artıq bilirsiniz.

Yekunda bir daha qeyd edək ki, amansız cinayətlə əlaqədar "Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Əgər istintaqın ittihamları təsdiqini tapsa, Y.Kərimovanı ömürlük həbs cəzası gözləyir.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com