Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Burnunu əməliyyat etdirmək istəyənlər oxusun!

Hər il xarici görünüşünü dəyişdirmək, komplekslərindən azad olmaq üçün minlərcə insanın üz tutduğu estetik əməliyyatlar arasında ilk sırada rinoplastika qərarlaşır.

Hər il xarici görünüşünü dəyişdirmək, komplekslərindən azad olmaq üçün minlərcə insanın üz tutduğu estetik əməliyyatlar arasında ilk sırada rinoplastika qərarlaşır. Elə ölkəmizdə də edilən hər 10 plastik əməliyyatdan 7-8-i rinoplasitika-burun estetik əməliyyatlarıdır. Bunu estetik əməliyyatlarla məşğul olan cərrahlar da mətbuata açıqlamalarında təsdiqləyiblər. Rinoplastika zamanı pasiyentlər üçün burunun xarici görünüşü önəm daşısa da, əməliyyatda kiçik səhv assimetrik pozuntulara və nəticədə tənəffüs almağın çətinləşməsinə gətirib çıxarda bilər.

Əməliyyat sonrası baş verə biləcək fəsadlardan danışan otorinolarinqoloq İlkin Mikayılzadə deyir ki, rinoplastik əməliyyatlardan sonra müəyyən dərəcədə tənəffüsdə problem yaranma ehtimalı olur. Burunun birinci funksiyasının nəfəs almaqdan ibarət olduğunu söyləyən otorinolarinqoloq, bu əməliyyatların lor cərrahlarının iştirakı ilə aparmasının daha məqsədəuyğun olduğunu söyləyir: "Bəzən rinoplastik əməliyyatdan əvvəl nəfəs almada heç bir problem olmayan pasiyentlər, əməliyyatdan sonra fısıltılı nəfəs almağa başlayırlar. Əməliyyat əsnasında burun sümüklərinin sındırılaraq, orta xəttə qədər incəldilməsi prosesi həyata keçirilir. Belə prosedurdan sonra burun boşluğunun həcmi dəyişilə bilər.Əgər prosedur sonrasında uzun müddət burnun alt hissəsinin həcmində dəyişiklik baş verdikdə həkimə müracət edilmirsə, gələcəkdə belə problemlər yaşana bilər. Çünki, şişmiş burun dəlikləri tənəffüsü çətinləşdirir. Həmçinin burun dəliklərinin həçmi çox kiçikdirsə nəfəs alma zamanı fısıltı yaranır”.

Cərrah deyir ki, estetik əməliyyat sonrası çox vaxt burun dəlikləri arasında assimetrik pozuntulara rast gəlinir: "Açıq desək, belə görüntü heç də xoşagələn olmur.Loru dildə desək, bu burun dəliklərinin birinin aşağı, digərinin yuxarıda olmasıdır. Assimetrik burun dəliklərinin yaranması elə qüsurdur ki, cərrahın əməliyyat zamanı düzəliş etmə şansı var. Lakin qüsur vaxtında aradan qaldırılmasa, əməliyyat sonrası burun dəliklərində assimetriya xətası görüləcək. Bu halın qarşısını almaq üçün əməliyyat zamanı burun dəliklərində və burunun alt nahiyyəsində olan şişlikləri aradan qaldırmaq lazımdır. Əks halda asimmetrik görüntü qaçılmaz olur. Ümumiyyətlə burun dəliklərində assimetriya pozğunluqları varsa, deməli estetik cərahiyyə zamanı hər hansı qüsur buraxılıb”.

İlkin Mikayılzadə deyir ki, rinoplastika əməliyyatı keçirmiş bəzi pasiyentlərdə sonradan burun ucunun aşağı düşməsi və ya sallanması hallarına tez-tez rast gəlinir: " Burun ucunun qalxma dərəcəsi qadın və kişilərdə fərqlidir. Kişilərdə bu dərəcə 90-95, qadınlarda isə 100-105 intervalında nəzərdə tutulur. Burun ucunun sallanma hallarının qarşısını almaq üçün əməliyyat zamanı burnun ucuna xüsusi parça yerləşdirilir və dodaqla olan məsafə nəzarə alınır. Beləliklə də, rinoplastika sonrası burunun dikliyi, sonradan enlənməməsi və mailiyi təmin olunur. Bütün bu nüanslara diqqət etdikdə sonradan sallanma halları baş vermir”.
Rinoplastikaya üz tutmaq istəyində olanlara həkimin tövsiyyəsi isə cərrah seçimində diqqətli olmaq, xarici ölkələrdə kurs keçərək rinoplastik cərrah kimi xidmət göstərənlərin "toru”na düşməməklə bağlıdır.Odur ki, gözəl xarici görünüş üçün estetik burun əməliyyatı keçirməzdən öncə bir daha düşünün. Ataların belə bir sözü var:”Gözəllik qurban tələb edir”.Diqqət edin ki, o qurban sizin sağlamlığınız olmasın!!!
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com