Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Şahzadənin toyu Britaniya iqtisadiyyatına milyonlarla dollar qazandıracaq

Britaniyanın içki və qəlyanaltı ilə məşğul olan kompaniyaları şahzadə Harri və amerikalı aktrisa və fotomodel Meqan Marklın toyu mövzusunda məhsullar istehsal etməyə başlayıb.

Britaniyanın içki və qəlyanaltı ilə məşğul olan kompaniyaları şahzadə Harri və amerikalı aktrisa və fotomodel Meqan Marklın toyu mövzusunda məhsullar istehsal etməyə başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "şahzadə Harri və miss Meqan Marklın toyunun şərəfinə. Müqəddəs Georgi kilsəsi” sözləri yazılmış peçenyelər satışa çıxarılıb. Toy mərasiminin keçiriləcəyi Vindzor qəsri yaxınlığında yerləşən pivə zavodu isə artıq "Vindzor bağları” adlı məhsul istehsal edir.

Ekspertlərin fikrincə, təkcə içki və qəlyanaltılar Britaniya iqtisadiyyatına əlavə olaraq azı 80 milyon funt sterlinq (108 milyon dollardan çox) gəlir gətirəcək. "Brand Finance” konsaltinq kompaniyasının ilkin hesablamalara görə isə şahzadənin toyu ümumilikdə Birləşmiş Krallığın iqtisadiyyatını ən azı 500 milyon funt sterlinq (680 milyon dollar) zənginləşdirə bilər.

Mütəxəssislər gəlirlərin əsas hissəsini turistlərin, əsasən də ABŞ-dan gələn qonaqların axınında görür. Həmin günlərdə təkcə Vindzor qəsrinə 50 mindən çox amerikalının, ümumilikdə isə Birləşmiş Krallığa 350 min xarici turistin gələcəyi gözlənilir.

"Brand Finance” kompaniyasının hesablamalarına görə, turizmdən, nəqliyyat xidmətindən istifadədən və otel otaqlarının kirayəsindən 200 milyon funt sterlinq (270 milyon dolar) gəlir əldə ediləcək. Harri və Meqanın toyu ilə əlaqədar xüsusi bayram tədbirləri 150 milyon funt sterlinqə, toy üçün istehsal olunan xatirə suvenirlərinin alınması isə 50 milyon funt sterlinqə (68 milyon dollar) başa gələcək.

Şahzadə Harri və Meqan Marklın toy mərasimi mayın 19-da Vindzor qəsrinin – kraliça II Elizabetin şəhərkənarı iqamətgahının ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində baş tutacaq.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com