"KÖVSƏR" müsəlman qadının web səhifəsi
 
Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR






Quranda adı çəkilən qadınlar
Qadının yaradılışı
Quran baxımından müddətli əqd
Quranda iman və nifaq
Kənizlərlə evlilik
Qadınları döymək olarmı???
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
Məhrəmlərlə evlənməyin haram olunması
Kövsər - Peyğəmbər yadigarı
Mömin və kafir qadınlardan nümunələr
 

Xəbərlər
İsveç alimlərindən xərçənglə bağlı yeni araşdırma

Lund şəhərindəki (İsveç) Universitetin tədqiqatçıları xərçəngin müalicəsini çətinləşdirən səbəbləri araşdırma prosesində müxtəlif müalicə üsullarından istifadə zamanı xərçəng hüceyrələrinin salamat qalmasına imkan yaradan strategiyaları müəyyən edə biliblər.

Lund şəhərindəki (İsveç) Universitetin tədqiqatçıları xərçəngin müalicəsini çətinləşdirən səbəbləri araşdırma prosesində müxtəlif müalicə üsullarından istifadə zamanı xərçəng hüceyrələrinin salamat qalmasına imkan yaradan strategiyaları müəyyən edə biliblər.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, alimlər pasiyentlərin müxtəlif qruplarında 50 törəmədən götürülmüş xərçəng hüceyrələri genomlarını təhlil ediblər. Onlar xərçəng hüceyrələrinin pasiyentin immun sisteminə, habelə kimyəvi terapiyaya və digər preparatlara qarşı yönəlmiş müdafiə mexanizmlərinin inkişafına şərait yaradan gen qruplarını və onların ardıcıllığını müəyyən etməyə nail olublar.

Alimlərin sözlərinə görə, bədxassəli toxumalar böyüdükcə bu genlərdə mutasiyalar formalaşır və şiş hüceyrələrinin "klonlar” deyilən yeni tipləri yaranır. Beləliklə, eyni şişin daxilində müalicə prosedurlarına müxtəlif şəkildə reaksiya verən bir neçə "klon” ola bilər. Məlum olub ki, bu mutasiyaları şiş toxumalarının "tolerantlıq”, "birgəyaşayış”, "rəqabət” və "xaos” mexanizmləri barədə dəqiq təsəvvür yaradan dörd qrupa bölmək olar.

"Rəqabət” və "xaos” qrupları şişlərin təkrar əmələ gəlməsinə kömək edir.

"Tolerantlıq” halında yeni "klonlar” şişin müəyyən hissəsində yaranır və onların olduğu yer dəyişmir. "Birgəyaşayış” qrupu belə bir fərziyyəyə əsaslanır ki, "klonlar” törəmənin müxtəlif yerlərinə düşərək onunla birlikdə inkişaf edir və çoxalır. "Rəqabət” halında yeni "klon” əvvəlki xərçəng hüceyrələrini tamamilə əvəz edir. "Xaos” qrupunda isə "klon"ların DNT-lərində şişin müxtəlif yerlərində eyni vaxtda nizamsız şəkildə yeni mutasiyalar və müxtəlif tipli hüceyrələr yaranır.

Qeyd edək ki, bu layihə üzərində işləyən alimlər qrupu gələcəkdə xərçəng xəstəliyinin başlanğıc mərhələsində bədxassəli hüceyrələrin salamat qalması strategiyasını müəyyən etmək niyyətindədir. Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticələri onkoloji xəstəliklərin müalicəsinin yüksək səmərəli yeni üsullarını yaratmağa kömək edəcək. Beləliklə, xəstəliyin başlanğıc mərhələlərində onu tamamilə aradan qaldırmaq və ya şişlərin təkrar yaranması imkanını kəskin azaltmaq mümkün olacaq.
 


Xəbər arxivi
<< 2018 >>
<< Avqust >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
2728293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com