"KÖVSƏR" müsəlman qadının web səhifəsi
 
Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR







Quranda adı çəkilən qadınlar
Qadının yaradılışı
Quran baxımından müddətli əqd
Quranda iman və nifaq
Kənizlərlə evlilik
Qadınları döymək olarmı???
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
Məhrəmlərlə evlənməyin haram olunması
Kövsər - Peyğəmbər yadigarı
Mömin və kafir qadınlardan nümunələr
 

Xəbərlər
Xərçəngə qalib gələn qadın indi dünya səyahətinə çıxıb - FOTOLAR


Amerikalı alimlər yeni prosedur tətbiq edərək xəstəliyi terminal mərhələdə olan qadını döş xərçəngindən xilas ediblər. Xarici KİV xəbər verir ki, 3 ay ömrü qaldığı deyilən Cudi Perkins həmin müalicə metodu sayəsində artıq 2 ildir həyatdadır. Bədəninə 90 milyard ağ qan hüceyrəsi yeridilən Perkinsə immun sisteminə uyğun müalicə metodu tətbiq edilib.
Kimyəvi terapiyalara da cavab verməyən Cudinin xəstəliyi digər orqanlarına da yayılmışdı. Hətta qaraciyərində tennis topu böyüklüyündə şişlər əmələ gəlmişdi.
Dünyanın qabaqcıl xərçəng xəstəliyini araşdırma müəssisəsi olan Amerika Beynəlxalq Xərçəng İnstitutu Cudinin öz ağ qan hüceyrlələrindən istifadə edərək xüsusi dərmanlar hazırlayıb. Müalicə "düşmənini tanı" metodu ilə başladılıb.
Əvvəlcə şişin genetikası və keçirdiyi mutasiyalar öyrənilib. Bununla da xərçəngin immun sistemindəki görünüşü aydınlaşıb.
Xəstənin immun sistemi şişlərə qarşı mübarizə aparsa da, hüceyrələrlə xərçəng arasındakı savaşda zəifləyirdi. Perkinsin xəstəliyində 62 genetik anomaliyadan sadəcə 4-ü xərçəngə "hücum edəcək" vəziyyətdə olub.
Müayinə zamanı xərçəngi öldürə biləcək hüceyrələr seçilir. Sayı az olan həmin hüceyrələr laboratoriya şəraitində çoxaldılır. Perkinsin bədəninə yeridilən 90 milyard hüceyrəyə dəstək üçün dərman müalicəsi də tətbiq olunub.
Cudi müalicənin bitməsindən bir həftə sonra bədənində dəyişiklik hiss etdiyini bildirib: "Sinəmdəki şişin getdikcə balacalaşdığını hiss edirdim. Bir-iki həftə sonra isə tamamilə yox oldu".Həkimlərin "sağala bilərsən" sözlərindən sonra sevincindən nə edəcəyini bilməyən Cudi hazırda dünya səyahətinə çıxıb.Həkimlər tətbiq edilən metodun bütün xəstələrdə eyni nəticəni verib-verməyəcəyini aydınlaşdırmağa çalışır. Bununla belə "hər xərçəng xəstəsinə xüsusi dərman müalicəsi"nin yeni addım olduğunu müdafiə edirlər və bu metodun dünyada xərçəngin müalicəsində yeni cığır aça biləcəyini düşünürlər. (Qafqazinfo)
 


Xəbər arxivi
<< 2018 >>
<< Avqust >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
2728293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com