Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Deputatlar uşaq bağçasındakı hadisəyə münasibət bildirdilər

İndicə internet saytlarında Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların sitematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım.


İndicə internet saytlarında Bakıdakı “Kids Studio” özəl uşaq bağçasında körpə uşaqların sitematik olaraq döyülməsi və işgəncə verilməsi kadrlarına baxdım. Daha doğrusu, baxıb dəhşətə gəldim.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, uşaqların döyülməsindən də dəhşətlisi odur ki, bağça müdiriyyəti işçini təmizə çıxarır və lentin yayılmasından narazıdır.

“Mən müvafiq orqanlardan lentdə baş verənlərə və müdiriyyərin məsuliyyətinə hüquqi qiymət verməyə çağırıram”-deyə, o, sonra əlavə edib.

Millət vəkili Jalə Əliyeva öz növbəsində baş verən olaydan ciddi narahatlıq keçirdiyini bildirib.

O da hesab edir ki, həmin kadrlara həyəcancız baxmaq mümkün deyil:

“Bu, çox yolverilməz və qəbuledilməz bir hadisədir. Adam baxdıqca dəhşətə gəlir. Bu, insanlıqdan kənar bir haldır. Mən bir insan, bir ana kimi kimsənin döyülməsinin, təhqir edilməsinin, incidilməsinin tərəfdarı deyiləm. Amma uşaqlara, körpələrə qarşı belə davranış ümumiyyətlə, qəbuledilməzdir.

Uşağa da, körpəyə də əl qaldırmaq, onu incitmək, döymək olarmı? Axı, sənin əlin necə gəlir, necə qalxır körpəni, uşağı döyməyə, incitmyə? Sənə kim bu haqqı verib? Bunu edən və edənlər insandırmı? Biz hansı zəmanədə yaşayırıq? Ona görə hesab edirəm ki, bu məsələ tezliklə ciddi şəkildə araşdırılmalı və təqsirkarlar cəzalandırılmalıdır. Cəzalandırılmalıdır ki, başqalarına da dərs, ibrət olsun”.

Digər millət vəkili Eldəniz Səlimov da həmkarları kimi düşünür və baş verən hadisəni insanlıqdan kənar hadisə hesab edir.

Millət vəkilinin bildirdiyinə görə, adçəkilən uşağ bağçasında, eləcə də, bunabənzər hadisələrin yaşandığı digər körpələr evlərində ciddi araşdırmalar aparılmalı, öz işinə məsuliyyətsiz yanaşan, körpələrə qarşı rəhmsiz, mərhəmətsiz davrananlar layiqli cəzalarına çatdırılmalıdır:

“Belələrinə insan demək özü günahdır. İnsan olan, insan adalan kəs də körpəyə, uşağa əl qaldırarmı? Belələri görəsən, necə rahat yata bilirlər, yuxu onlara haram olmurmu? Axı, sən kimsən ki, uşaqla belə vicdansızcasına, rəhmsizcəsinə davranırsan, hələ bir hərəkətlərinə, insanlıqdan kənar davranışlarına bəraət də qazandırırsan?

Uşaqlara, körpələrə qarşı kimsənin əsla və əsla bü cür davranmağa haqqı yoxdur. Belə hesab edirəm ki, uşaq baöçaları, körpələri evləri bundan sonra ciddi nəzarətdə saxlanılmalıdır. Həmin müəssüsələrdə mütəmadi monitorinqlər, araşdırmlar, yoxlamalar aparımlalı, ictimai baxış həyata keçirilməlidir. Orada çalışan və çalışacaq personal hərtərəfli araşdırmadan sonra işə götürülməlidir. Xüsusilə də, bağça müdirləri son dərəcədə peşəkarlıqla seçilməlidir, burada ani səhvə, xətaya yol vermək olmaz”.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com