Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR
Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
“Od tutub yanan” Bakı bazarı: Qiymətləri kim qaldırır?

Yayın əsas təamları olan meyvə-tərəvəzin bahalaşması son günlərin əsas müzakirə mövzusudur.

Yayın əsas təamları olan meyvə-tərəvəzin bahalaşması son günlərin əsas müzakirə mövzusudur. Bunu nəzərə alıb üz tutduq paytaxtın ən böyük bazarlarından olan “Yaşıl Bazara”.

Quş südü, can dərmanının satıldığı bu bazarda hər piştaxta başqa aləmdir. İstər meyvə-tərəvəzlərin düzülüşü, keyfiyyəti, istərsə də qiymətləri baxımından...
Ötən il ziyan etdilər, bu il əkmədilər

Alış-verişimizə qiyməti ilə rekord qıran qarpızdan başladıq. Məlum oldu ki, bu bazarda qarpızın kilosu 1-1,3 manat təşkil edir. Bazarda bu məhsulun başqa yerlərdən baha olmasının səbəbi də keyfiyyətidir:

“Sabirabad qarpızının qiyməti 1 manatdan başlayır. 70 qəpiyə, əsasən, Masallı qarpızını satırlar. Doğrusu, bir azdan o da olmayacaq. Çünki bu il qarpız az əkilib. Səbəb də ötənilki bolluq və fermerlərin ziyana düşməsidir”.
Öyrəndik ki, satıcılar qarpızı topdansatışdan 70 qəpiyə əldə ediblər:

“Maraqlanmışam, Sabirabadda fermerlər qarpızı qapıda 55 qəpikdən satırlar. Halbuki keçən il 8-10 qəpik idi”.
Yayın son ayının əsas meyvəsi olan şaftalının kilosu 1,5-3 manat arasındadır. Bu meyvənin kiloqramını 3 manatdan satanlar deyirlər ki, topdansatışdan yeşiyini 20 manata alırlar. Bu da hər kiloya 2,3 manat deməkdir.
Salyan üzümü isə bazarın qiymət rekordçusudur. Üzümün qiyməti 2,5-4 manat arasındadır. Onu da qeyd edək ki, Salyan fermerləri üzümü alverçilərə 50 qəpikdən satırlar. Bazara gələn yoxdur

Bazarda endirimli məhsullara da rast gəldik. Məsələn, bir gün əvvəl dəyəri 3 manat təşkil edən “Xələc” üzüm sortu endirimli qiymətlə 1 manata təklif edilirdi. Satıcıdan səbəbi soruşduqda bildirdi ki, alıcı yoxdur:

“İstidir, bazara gələn yoxdur. İkinci bir tərəfdən, bu bazar elə yerdə yerləşir ki, buraya ictimai nəqliyyat işləmir. Nəqliyyatın olmaması alıcı sayına böyük təsir edir”.Digər məhsulların qiymətlərinə gəlincə, aşağıdakı kimi dəyişir:

Yemiş - 2 manat
Armud - 3-5 manat
Təzə qoz - 12 manat
Fındıq - 4 manat
Sarımsaq - 3 manat
Pomidor - 1 manat
Xiyar - 70 qəpik
Ərik - 6 manat
Gilas - 5 manat
Moruq - 4 manat
Böyürtkən - 4 manat
Gavalı - 3 manat
Alma - 70 qəpik
Cənnət alması - 1,5 manat
Balqabaq - 1,5 manat
Yaşıl bibər (5 ədəd) - 1 manat
Yumru badımcan - 1,5 manat
Çiyələk - 1 manat
Qarğıdalı (Cəlilabad) - 50 qəpik

Gündəlik rasionumuzda istifadə etdiyimiz kartof-soğana gəlincə, bu məhsullar hələlik qiymətindəki sabitliyi qoruyub-saxlayıblar. Soğan 30, kartof 50 qəpikdir. Yerlərdə isə fermerdən kartof 20, soğan 10 qəpikdən alınır.
Yağış yağmadı, lobya soldu

Bu il qarpızla bərabər, lobyanın da qıt olduğunu deyən Əhməd adlı satıcı bildirir ki, bunun səbəbi havaların həddən artıq isti keçməsi, yağıntının olmamasıdır:

“Bazarda yaxşı lobya yoxdur. Yağış yağmadı, lobya “sıyrıntılı” oldu. Təzə məhsul 3 manatdan aşağı deyil. Ötən il pomidor da bundan ucuz - 60 qəpik idi. Bu il 80 qəpikdən satırıq”.

Öyrəndik ki, kənd təsərrüfatı məhsullarından badımcan bazarda boldur. Bu səbəbdən qiyməti ucuzdur – 80 qəpik. Badımcanın tarla başında qiyməti isə 40 qəpikdir. 80 manata yabanı bitki

Bazarda diqqətimizi çəkən isə piştaxtalardakı ərəb əlifbası ilə yazılmış elanlar oldu. Satıcılardan elanların tərcüməsini soruşduqda, dedilər ki, bu, “donbalan var” deməkdir. Sən demə, hazırda bazarda olan bu yabanı bitkiyə tələbat böyükdür. Bu səbəbdən əvvəllər satış dəyəri 12-15 manat təşkil edən donbalan indi 80 manatdır:

“Ölçüsü kiçik, görünüşü daha çox kartofa bənzəyən bu bitkinin 1 kiloqramı əvvəllər 12-15 manata satılırdı. Əsasən, Goranboy və Gəncədə yetişir. Ərəblər turist kimi ölkəmizə gələndən donbalana tələbat artıb”. Alıcılar şikayət edir

Nəzərə çatdıraq ki, bazarda barmaqla sayılacaq qədər piştaxtada məhsulların qiymətləri üstünə vurulmuşdu. Nə meyvələrin, nə tərəvəzlərin, nə də digər qida məhsullarının üzərində qiymət var. Vəziyyətdən alıcılar da şikayət edir:

“Bu bazarda hər şey digər bazarlardan bahadır. Bazarın ilk sıralarında qiymətlər, ümumiyyətlə, əl yandırır. Hər şey turistlərə hesablanıb. Piştaxtalara yaxınlaşan zaman “Biz turist deyilik, yerliyik” demək burada alverin qızıl qaydasıdır”.

Satıcılar isə qiymətlərin bahalığını gündəlik yer haqqının yüksək olması və nəqliyyat xərclərinin yüksəkliyi ilə izah etdilər:

“Gündəlik 8 manat yer haqqı veririk. Bundan əlavə, bazara ictimai nəqliyyat gəlmir. İstər daşınma, istərsə də sərnişin kimi nəqliyyata çox pul xərcləyirik. Kəndli qiyməti qaldırıb, biz niyə ucuz sataq?”

 


Xəbər arxivi
<< 2018 >>
<< Oktyabr >>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com