Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Suda boğulan insanı necə xilas etməli?

Yay aylarında xüsusilə uşaqların və üzmə bilməyənlərin tədbir görmədən dəniz, hovuz, çay və göllərə girməsi boğulma hadisələrinin artmasına səbəb olur.


Yay aylarında xüsusilə uşaqların və üzmə bilməyənlərin tədbir görmədən dəniz, hovuz, çay və göllərə girməsi boğulma hadisələrinin artmasına səbəb olur. Boğulma hallarında ilk yardım həyat qurtara bilər.

Oxu.Az suda boğulma hallarında edilməsi zəruri olan ilk yardım müdaxilələri haqda məqaləni təqdim edir.

Süni tənəffüsə su içində də başlaya bilərsiniz

Nəfəs borusunun sıxılması ilə ağciyərlərə su daxil olur və bu, suda boğulma ilə nəticələnir. Boğulan adama ilkin yardım kimi süni tənəffüs və ürək masajı edilməlidir.

Saniyələrin belə həyati əhəmiyyətli olduğu bu anlarda süni tənəffüs su içində də edilə bilər. Ancaq dərin, boyu keçən sularda bu müdaxilə mümkün olmadığı üçün boğulan insan tez bir zamanda sahilə çıxarılmalıdır.

Boğulma əlamətləri aşağıdakılardır:

Nəfəs almaqda çətinlik çəkmək,
Xırıltılı, sürətli və dərindən nəfəs almaq,
Ağızda bəlğəm toplanması və köpüklənmə,
Üzdə, dodaqlarda və dırnaqlarda göyərmə,
Halsızlıq, cavablarda qeyri-müəyyənlik və qərarsızlıq,
Huşunu itirmə.
Çox rastlaşılan səbəblərdən biri də alkoqol qəbulundan sonra suya girməkdir

Suyun içində oyun oynayarkən fərqində olmadan dərin bölgələrə getmək və dib axıntısına məruz qalaraq ayaqların altından qum çəkilməsi suda boğulma hallarında ən çox rast gəlinən səbəbdir.

Bundan başqa, üzmə bilməyənlərin suya girməsi də boğulmalarda xüsusi çəkiyə malikdir. Mütəxəssis köməyi ilə üzmə öyrənmədən suya girmək ən çox rast gəlinən risk faktorlarındandır. Üzmə bilsəniz belə, sərxoş halda suya girmək boğulma hallarını artırır.

Övladınızı gözünüzün önündən ayırmayın

Xüsusilə kiçik yaşlı uşaqlar üzmə bilsələr də, suda olduqları müddətdə valideynlərin nəzarətində olmalıdırlar. Əks halda, uşaqlar suyun içində hər hansı problemlə qarşılaşdıqda soyuqqanlılıqlarını itirə və bata bilərlər.

Suda boğulma hallarında həyat xilas edən məsləhətlər

İlk olaraq, boğulma təhlükəsi yaşayan insana suda batmayan cisimlər atın. Bu materiallar yoxdursa, uzun çubuq, ip kimi materiallar ataraq, tutmasını təmin edin və onu sudan çəkib çıxarın.

Suda boğulan insan quruya çıxarıldıqdan sonra ilk işiniz peşəkar yardım çağırmaq olsun. Digər xilasedici müdaxilələr bu çağırışdan sonra edilməlidir.

Suda boğulan insanı sahilə çıxararaq arxası üstə uzadın. Nəfəs alıb-verməsini, nəbzini yoxlayın. Nəbzi varsa və nəfəs alırsa, peşəkarların gəlməsini gözləyin.

Boğulan insan geyimlidirsə, yaxasını açın və kəmərini genişləndirin. İslaq paltarlarını çıxarıb üstünü örtün.

Xilas edilən insan nəfəs almırsa, ancaq nəbzi varsa, süni tənəffüs vasitəsilə nəfəs almasını təmin edin.

Udulan suyun çıxarılması üçün iki əllə şəxsin qarnının altından tutaraq yuxarı qaldırın. Beləcə, hava yolundakı suyun boşalmasına yardımçı olun.

Xilas edilən insanın huşu özündə deyilsə, nəfəs almırsa və nəbzi yoxdursa, təcili yardım gələnədək ürək masajı edin. Ürək masajı dəqiqədə ən az 100 dəfə edilməlidir. Yanınızda başqa köməkçi yoxdursa, 30 masajdan sonra iki dəfə süni nəfəs verilməlidir.

Ürək masajı tibbi yardım gələnədək davam etdirilməlidir.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com