Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
25 il sonra dünyanı gördü - Azərbaycanlı həkim dünyanı təəccübləndirdi - FOTO

Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

Oftalmoloq cərrah Mehriban Əlizadə türk həkimlərinin yaratdığı Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə səfər edib.
Uzman həkim Mehriban Əlizadə əsasən Aguie adlanan regionda sağlıq xidmətləri göstərib, göz problemləri olan şəxsləri müayinə edib.
Tibbi xidmət zamanı Xədicə Şəfahət adlı şəxs uşağının gözlərini müayinə etmək məqsədilə həkim qəbulunda olub. Bu zaman azərbaycanlı həkim Xədicənin gözlərində mirvari suyu olduğunu sezib. Bəlli olub ki, Xədicə Şəfahət anadan kataraktla doğulub və 25 ildir ki, görmə qabiliyyəti yoxdur. Övladını, həyat yoldaşını, dünyanı görməyən ananı müayinə edən Mehriban Əlizadə təcili onu əməliyyat otağına götürüb. Bir gün sonra gözləri sarğıdan açılan Xədicə Şəfahətə ilk dəfə dünyanı, övladını və həyat yoldaşını görüb.
"Övladını müayinəyə gətirmişdi. Mən Xədicənin qəribə baxışları olduğunu sezdim. Diqqət etdiyimdə gözündə ağ katarakt olduğunu gördüm. Xəstəni dərhal əməliyyata götürərək gözlərinə linza qoyduq. Bir gün sonra gözlərini açdıqda qüsursuz şəkildə dünyanı, övladını görə bildi. Ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində, bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”,- uzman oftalmoloq cərrah Mehriban Əlizadə təəssüratlarını bölüşərkən bildirib.
Məlumat üçün bildirək ki, Nigerə səfər edən könüllü həkim qrupu 635 katarakt əməliyyatı, 1523 göz müayinəsi, 1118 diş müayinəsi, 3403 terapevtik müayinə, o cümlədən 1000 körpənin müayinəsi, 400 ultrasəs müayinəsi həyata keçirilib.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com