Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
İranda atanın qızına qarşı qəddarlığı görənləri dəhşətə gətirdi - VİDEO

Azyaşlı uşağı vəhşicəsinə döyən azərbaycanlı barədə sosial şəbəkələrdə paylaşılan videonun “qəhrəmanı” həbs olunub.

Azyaşlı uşağı vəhşicəsinə döyən azərbaycanlı barədə sosial şəbəkələrdə paylaşılan videonun “qəhrəmanı” həbs olunub.

Oxu.Az xəbər verir ki, hadisənin İran Azərbaycanın Mərənd şəhərində baş verdiyi və uşağı doğma atasının döydüyü aydın olub.

Sosial şəbəkələrdə yayılan videoda ata qızını döyə-döyə Azərbaycan türkcəsində “neyləyim?” sualını dəfələrlə təkrarlayır.

Məlumata görə, narkotik asılılığı olan adam öz qızını döyərək videoya çəkib və bu çəklişi ondan bir ildən artıqdır ki, boşanan keçmiş həyat yoldaşına göndərib.

Nazənin Zəhra adlı azyaşlı qızın anası İran KİV-inə verdiyi açıqlamada bildirib ki, videoya baxdıqdan sonra dərman ataraq intihar etmək istəyib, lakin onu həkimlər vaxtında xilas edə biliblər:

“Həyat yoldaşım ailəsinə bağlı olmadığı üçün bir il 5 ay bundan qabaq ayrıldıq. Lakin o hələ də bizi təhdid edir və müxtəlif problemlər yaradır. Mən evdə olmadığım zaman evə gələrək anamı aldadıb və uşağı özü ilə aparıb”.

Farsca və türkcə dialoqların yer aldığı videolardan belə görünür ki, narkoman ata qızını oğurlayıb.

“Bir də gördüm uşağı qapıb apardı”,- deyə Nazənin Zəhranın nənəsi Azərbaycan türkcəsində bildirib.

Narkoman ata uşağı anasından oğurladıqdan sonra onu dəhşətli işgəncələrə məruz qoyaraq videosunu anasına göndərib.

Video yayıldıqdan sonra məhkəmə orqanları narkoman atanın yaxalanması ilə bağlı qərar qəbul edib. Onun avqustun 16-da İran təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.

Artıq Nazənin Zəhra adlı azyaşlının anasına qovuşduğu da qeyd olunur.
 


Xəbər arxivi
<< 2018 >>
<< Sentyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com