Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR
Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
İki qardaş ölkə 100 il sonra yeni tarix yazdı - RƏY

15 sentyabr 2018-ci ildə möhtəşəm bir gün oldu.


15 sentyabr 2018-ci ildə möhtəşəm bir gün oldu. Çox duyğulu anlar yaşadıq. Sözlə ifadəsi mümkünsüz qədər gözəl və duyğulu anlar.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq, Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə Bakıda bütün dünyaya önəmli mesajlar verdi.
“Təşəkkürlər, cənab Prezident! Bütün gənclərimizi, türk gəncliyini cənab prezidentimiz və qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın möhtəşəm çıxışını dinləməyə çağırırıq.

Nur içində yatsın Cümhuriyyət qurucularımız, Nuru Paşa başqanlığında Azərbaycana dəstəyə gələn Türk Qafqaz İslam Ordusunun qəhrəmanları”, - deyən millət vəkili bu hadisənin, bu anların uzun illər hafizələrdən, yaddaşlardan silinməyəcəyini sözlərinə əlavə edib.

Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, 15 sentyabr Azərbaycan xalqının tarixində, taleyində ən əlamətdar, ən unudulmaz günlərdəndir, ən parlaq səhifələrdəndir.

“1918-ci ilin məhz bu günündə - 15 sentyabr tarixində Bakımız Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi, öz azadlığına qovuşdu.
Bu əlamətdar, bu şərəfli hadisədən 100 il ötür. Çox əlamətdar və çox sevindirici haldır ki, Bakımızın işğaldan azad edilməsinin 100-cü ildönümü qardaş və dost Türkiyə ilə birgə qeyd olundu.

Bu gün “Azadlıq” meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm və təntənəli paradda Azərbaycan prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak və çıxış etdi”, - deyən millət vəkilinin sözlərinə görə, bu, Azərbaycan-Türkiyə qardaşlığının, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının dünyaya daha bir nümayişi oldu.

Paradda dövlət başçılarının çıxışlarına toxunan millət vəkili həm İ.Əliyevin, həm də R.Tayyib Ərdoğanın önəmli fikirlər səsləndirdiklərini, əhəmiyyətli mesajlar verdiklərini sözlərinə əlavə edib:

“Cənab Ərdoğan çıxışında bildirdi ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfü deyil, bu, qan qardaşlığımızın təbii nəticəsidir.

O qeyd etdi ki, Türkiyə müstəqilliyinin ilk dövrlərindən Azərbaycana əllərindən gələn hər cür dəstəyi göstərdi və göstərməyə davam edəcək. Həmçinin, vurğuladı ki, bu gün Türkiyə Azərbaycanın təkcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə ən mühüm tərəfdaşıdır.

Qardaş dövlətin lideri Qarabağ məsələsinin Türkiyə üçün eyni dərəcədə ağrılı məsələ olduğunu və bu baxımdan, münaqişənin həllində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ölkəmizə dəstəklərini bundan sonra da əsirgəməyəcəklərini açıq şəkildə bəyan etdi. Bu, əsl qardaşlıq, əsl dostluq münasibətidir.

Prezident: Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq
Dövlət başçımız çıxışında Bakının azad edilməsinin tarixi hadisə olduğunu və qədirbilən Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacağını bildirdi. Bununla yanaşı, möhtərəm prezidentimiz çıxışında bəyan etdi ki, Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq.

“Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir”, - deyən dövlət başçımız onu da vurğuladı ki, bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.

Elə hesab edirəm ki, Türkiyə-Azərbaycan qardaşlığını, Türkiyə-Azərbaycan münasibətlərinin mövcud səviyyəsini bundan gözəl, bundan dəqiq ifadə etmək mümkün deyil.

Bu, iki dost və qardaş dövlətlər arasındakı münasibətlərə verilmiş ən dəqiq və ən dəyərli qiymətdir. Odur ki, kimsənin, dünyadakı heç bir gücün və qüvvənin Azərbaycan-Türkiyə münasibətlərini, Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmağa gücü, qüvvəsi, qüdrəti yetə bilməz və yetməyəcək.

Bu yöndəki cəhdlər hər zaman uğursuzluğa məhkum olacaq. Bugünkü parad və orada səslənmiş mesajlar bunun daha bir təsdiqidir”.

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Jalə Əliyeva həm Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradın keçirilməsinin, həm də Azərbaycan və Türkiyə liderlərinin paradda birgə iştiraklarının və onların çıxışlarının çox möhtəşəm tarixi-siyasi hadisə olduğunu bildirib.

“Düz 100 il öncə, 1918-ci ilin 15 sentyabrında Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Bakımızı işğaldan azad etməklə, Azərbaycan-Türkiyə münasibətlərində yeni tarix yazmış oldu.
Elə bir tarix ki, onu oxuduqca, öyrəndikcə bitirmək olmur. Başdan-ayağa fəxr, qürur, şərəf tarixidir. Düz 100 il sonra, 2018-ci ilin 15 sentyabrında isə daha bir tarix yazıldı. Bu tarixi iki qardaş ölkənin müdrik dövlət rəhbərləri - Azərbaycan prezidenti cənab İlham Əliyev və qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan birgə yazdı.

Onlar Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı paradda yan-yana, çiyin-çiyinə dayanmaqla, bir-birinə dəstək olmaqla, bu tarixi birlikdə yazdılar və bu tarix hələ uzun illər öyrəniləcək, istinad, araşdırma mənbəyinə çevriləcək.

Hər iki lider dünyaya, bizi sevənlərə və sevməyənlərə bir daha mesaj vermiş oldu ki, Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, konkret əməldədir və heç kim bu əməl, fikir birliyinin, qardaşlığının qarşısında əngəl ola bilməyəcək”, - deyə millət vəkili əlavə edib.
 


Xəbər arxivi
<< 2018 >>
<< Oktyabr >>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com