Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Deputatdan təklif: Süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın

Azərbaycanda ən ciddi məsələlərdən biri tibbi maariflənmədir.


Azərbaycanda ən ciddi məsələlərdən biri tibbi maariflənmədir.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilən iclasında deyib.

O qeyd edib ki, insanlar arasında tibbi maariflənmə çox aşağı səviyyədədir:

“Hesab edirəm ki, bu məsələdə ən böyük missiya medianın üzərinə düşür. Çünki bəzi qanunlarda da media, maariflənmə ilə bağlı məqamlar nəzərdə tutulur. Məsələn, el arasında SPİD kimi tanınan QİÇS xəstəliyi ilə bağlı qanunda əhalinin maarifləndirilməsi məsələsi nəzərdə tutulur.

Amma təəssüflər olsun ki, mediada, cəmiyyətdə tibbi maarifləndirmə çox aşağı səviyyədədir. Ona görə təklif edərdim ki, yaxın gələcəkdə media mənsublarının, Mətbuat Şurasının iştirakı ilə bu mövzuda dinləmə təşkil edilsin və bu məsələ komitəmizin işlər planına daxil edilsin”.

Millət vəkili təklif edib ki, koxlear implantasiya ilə bağlı 2019-cu ilin büdcəsində vəsait nəzərdə tutulsun:

“Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı o qədər çox deyil ki, onlarla bağlı maliyyə dövlətimiz, büdcəmiz üçün ağırlıq yaratsın. Çünki bu əməliyyat çox bahalıdır, insanlarımızın buna imkanları çatmır. Həmçinin, bu əməliyyat çox erkən, 0-6 yaşlar arasında aparılmalıdır. Ondan sonra aparılmasının o qədər də xeyri, səmərəsi olmur. Bu məsələni illərdir qaldırırırq və bu gün də hesab edirəm ki, bu əməliyyatla bağlı növbəti ilin büdcəsində mütləq maliyyə vəsaiti nəzərdə tutulmalıdır”.

Q. Paşayeva sonsuzluq probleminə, övladların dünyaya gəlməməsi səbəbindən ailələrin dağılması məsələsinə toxunub:

“Bu gün ailələrin çoxu sonsuzluğa, övladın olmamasına görə dağılır. Bu, çox ciddi problemdir. Bir neçə il öncə süni mayalanma, reproduktiv sağlamlıq məsələsi gündəmə gələndə inssanlarda bir ümid yaranmışdı. İnsanlar ümidlənmişdi ki, bu məsələ artıq qanunvericilik səviyyəsində tənzimlənəcək. Amma hələ də bir irəliləyiş yoxdur.

Təklif edirəm ki, ailələrin dağılmaması, cəmiyyətimizin daha güclü olması üçün növbəti ilin büdcəsində belə problemləri yaşayan ailələrə maliyyə vəsaiti ayrılsın və onların övlad arzusu baş tustun. Bunu mərhələ-mərhələ də etmək olar. Çox istərdim ki, süni mayalanma ilə bağlı büdcədən vəsait ayrılsın”.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com