Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Romada “Azərbaycan otağı”nın açılışı olub - FOTO

Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub.


Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qarşılayıb.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü olub.

Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirildi, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verilib.

Oxu: Mehriban Əliyeva İtaliyada
Söhbət zamanı “Sıfır aclıq” Konsepsiyasının icra vəziyyəti ilə bağlı, həmçinin münaqişədən əziyyət çəkən ölkələrdə və Afrika ölkələrində aclığın aradan qaldırılması üçün mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dünyada 870 milyon insanın hələ də aclıq və azqidalanmadan əziyyət çəkdiyi bir vaxtda ərzaq məhsullarının üçdəbir hissəsinin tullantıya getməsinin qəbuledilməz olduğu vurğulanıb.

Sonra “Azərbaycan otağı”nın açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas otağın rəmzi açılışını bildirən lenti kəsiblər.

FAO ilə Azərbaycanın birgə layihəsi olan bu gözəl otaqda təşkilatın fəaliyyəti üçün bütün şəraitin mövcud olduğunu deyən Laurent Tomas bildirib ki, burada təşkilatın əməkdaşları ən müasir imkanlardan istifadə edə biləcəklər.

“Otaqda ən qabaqcıl texnoloji avadanlıqla yanaşı, Azərbaycanın qədim mədəniyyətini əks etdirən əşyalar da var. Bu mənada otağın alov formalı divarları Odlar diyarını təcəssüm etdirir”, - deyən Laurent Tomas otaqda buta naxışını xatırladan dizaynı da qeyd edib. İclas otaqlarından gözəl mənzərənin açıldığını, mədəni və bədii nöqteyi-nəzərdən otağın çox cəlbedici olmaqla yanaşı, həm də çox praktiki olduğunu söyləyən Laurent Tomas vurğulayıb ki, otaq BMT binaları üçün tətbiq olunan ən yüksək təhlükəsizlik tədbirlərinə cavab verir. Laurent Tomas FAO-nun baş direktoru adından təşkilatın öz əhəmiyyətli məqsədlərinə çatması istiqamətində səmərəli fəaliyyət göstərməsi üçün bu faydalı töhfəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yaradılan fürsətə görə təşəkkürünü bildirib:

“Biz açılış lentini kəsəndə mən bunun yeni və xüsusi bir başlanğıc olduğunu düşündüm. İnanıram ki, bu açılış FAO ilə münasibətlərimizin yeni mərhələyə qədəm qoymasını təcəssüm edir. FAO-nun baş ofisində bir parça Azərbaycanın olması, burada Azərbaycanın mədəniyyətinin və milli ruhunun əks etdirilməsi, şübhəsiz, buraya gələn insanları bizim gözəl ölkəmizi, qonaqpərvər xalqımızı ziyarət etməyə sövq edəcək. Əminəm ki, bu ofis dünyamıza çoxlu müsbət dəyişikliklər gətirəcəkdir. Çox sağ olun”.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com