Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Azərbaycanda palçıq vulkanları yalnız daşıb püskürəndə yada düşür.

Bir qədər müzakirə edildikdən sonra isə yaddan çıxıb gedir.


Bir qədər müzakirə edildikdən sonra isə yaddan çıxıb gedir. Dünyada 800 palçıq vulkanından 350-yə yaxını Azərbaycanda yerləşir ki, mütəxəssislər onları bəxtsiz vulkanlar da adlandırırlar.

Azərbaycandakı vulkanların palçığı yerin təkindən yer səthinə çıxdığı üçün ekoloji cəhətdən çox təmizdir və heç bir antropogen təsirə məruz qalmır.

Vulkanlar 26 ölkədə mövcuddur ki, bura İtaliya, Rusiya, Ukrayna, İran, Pakistan, Malayziya və başqa ölkələri də əlavə etmək olar.
Ölkəmizdə aktiv fəaliyyətdə olan palçıq vulkanları morfoloji xüsusiyyətlərinə, yüksək keyfiyyətli tərkibinə görə digər ölkələrdən seçilir. Ölkəmizdəki bu tip vulkanların əksəriyyəti aktiv fəaliyyətdədir. Vulkanlarımızın bəzilərinin hündürlüyü 400 metrə çatır. Quruda olanların 21 faizi isə yer üzərinə neft çıxarır.

Palçıq vulkanlarının bir çox sahələr üçün faydalı olduğunu demək olar. Belə ki, vulkan gili faydalı keramzit xammalı olaraq tikintidə, xüsusən də kərpic hazırlanmasında geniş istifadə olunur.

Ümumiyyətlə vulkan suları bor, brom, yod, vulkan brekçiyası isə bir sıra lazımlı mikroelementlər - bor, manqan, litium və digər materiallarla zəngindir.

Palçıq vulkanlarının müalicəvi əhəmiyyəti də az deyil. Vulkan palçığı tibb sahəsində çox qiymətli material hesab edilir. Ondan mədə-bağırsaq, periferik və mərkəzi sinir sistemi, ginekoloji, uroloji, oynaq, radikulit, dəri və boğaz ağrılarının müalicəsində istifadə edilir.

Bəs görəsən bu qədər qiymətli xammala nə üçün biganə münasibət bəslənir? Palçığı pula çevirən ölkələrdən biri niyə də Azərbaycan olmasın? Dünyanın bir çox bahalı kosmetoloji vasitələrinin tərkibi məhz vulkan palçıqlarından ibarətdir. Bəs ölkəmizdə vulkan palçığından yerli kosmetoloji vasitələrin hazırlanmasına niyə yer verilmir?

Oxu.Az olaraq məsələni bir neçə istiqamətdən araşdırdıq. Birinci növbədə palçıq vulkanlarının tibbi tərəfini öyrəndik. Bununla bağlı açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyir ki, palçıq vulkanları yerinə, tərkibinə görə fərqləndiyi üçün müxtəlif xəstəliklərin müalicə üsullarında da istifadə edilir:

“Palçıq vulkanın tərkibində çoxsaylı faydalı maddələr var. Tərkibi zəngin olan, milyonlarla dollar qiyməti olan palçıq vulkanları dünya ölkələrində təbabətdə geniş istifadə edilir. Bir çox ölkələrdə bu xammalın nə dərəcədə qiymətli olduğunu bildikləri üçün, bu istiqamətə ciddi diqqət ayırıblar.

Hipertonik məhlul kimi istifadə edilən palçıq maddəsinin köməyi ilə oynaqlarda və bədəndə olan zərərli maddələri bədəndən xaric etmək olur. Bu isə xəstələrin vəziyyətinin gözlə görünəcək dərəcədə yüngülləşməsinə gətirib çıxarır. Məsələn, ölkədə Naftalanla müalicə üsulunun tətbiqi geniş yayılıb. Lakin bundan başqa bir çox metodların tətbiqi aparıla bilər. Tövsiyə edərdim ki, ölkədə püskürən vulkanların palçıqları laboratoriyalarda araşdırılsın. Çıxdığı yerdən asılı olaraq onlar xəstəliklərin müalicəsində istifadə olunur.

Palçığın çıxdığı yer isə onun tərkibindəki maddələrə üçün önəmlidir. Almagel A “Al(OH)3” deməkdir. Bu yer şəklində olan həm metal xassəsi daşıyır, həm də qeyri-metal. Al (OH) qələvidir və əgər mədə-bağırsaq sistemi xəstəliklərinin müalicəsində istifadə ediləndə mədə turşuluğu çoxdursa, turşuluğu azaldır. Eyni zamanda palçığın tərkibində olan brom ağrıkəsici effekti verir və beyinə yaxşı təsir göstərir.

Dünya ölkələrində xüsusi laboratoriyalarda xammaldan dəri baxımı üçün, kosmetik vasitələr hazırlanır. Mən bildiyim qədər ölkədə bu sahədə fəaliyyət göstərən laboratoriyalar yoxdur. Kremlərin hazırlanmasında tərkibinə aşılayıcı kimyəvi maddələr əlavə edilərsə, əlbəttə, bu dərini yandıra bilər. Əgər onun tərkibinə vazelin və digər yumşaldıcı qatqılar əlavə edilərsə, heç bir zərəri olmaz.

Bu sizə asan prosedur kimi görünməsin. Hər yerindən duran bu kremləri hazırlaya bilməz. Onu xüsusi təhsil almış mütəxəssislər hazırlaya bilir. Mütəxəssislər olsa da bildiyim qədər, mənim fikrimcə, hazırda o cür laboratoriyalar yoxdur. Amma, buna baxmayaraq, təbii floradan, təbii otlardan, bitkilərdən dərman vasitəsi kimi istifadə edirlər. Xüsusi otlardan hazırlanan çaylar var ki, mədə bağırsaq sisteminin müalicəsində, sinir sistemlərinin sakitləşdirilməsində dərman kimi istifadə edilir. Amma yaxşı olardı ki, bu palçıq vulkanlarının geniş istifadəsinə diqqət ayrılsın. Çox gözəl və faydalı xammaldır”.

ABŞ-da palçıq və palçıq yosunlarından hazırlanan kosmetik vasitələrin satış dövriyyəsi hər il 50-60 faiz artır. Bəs bizdə necə, palçığın pula çevrilməsi proseslərindən geniş tətbiq edilir?

Palçığın pula çevrildiyi sahələrdən biri də kosmetologiyadır. Kosmetoloqlar düşünür ki, palçıq vulkanlarının tərkibindəki maddələr əsasən müxtəlif üz dəriləri üçün maskaların hazırlanmasına imkan verir. Təbii tərkibli kosmetik vasitələr digərlərindən baha olsa da, təsir effekti daha yüksəkdir. Lakin qadınlar tez nəticə əldə etmək üçün kimyəvi tərkibli kosmetik vasitələrə üstünlük verirlər. Hazırda palçıqdan hazırlanan vasitələr inkişaf etmiş ölkələrdə ənənəvi krem və yağları kölgədə qoyur.

Kosmetoloq Vahidə Tanrıverdiyeva ölkədə vulkan palçığından hazırlanan kosmetoloji vasitələrdən geniş istifadə edilməməsinin səbəbini maariflənmənin az olmasında və xammalın əlçatan olmamasında görür:
“Bu gün dünya ölkələrində palçıq vulkanından hazırlanan kosmetik vasitələrin, maskaların geniş istifadəsinin səbəbi ondadır ki, maariflənmə güclüdür. Xarici ölkələrdə bu xammal hər kəs üçün əlçatandır. Bizdə isə bu əlçatan deyil.

Təbii ki, palçıq vulkanın tərkibindəki mikroelementlər üz dərisinin müxtəlif problemlərinin aradan qaldırılmasında istifadə edilə bilər. Eləcə də bir çox xəstəliklərin müalicəsində də bundan istifadə edilir.

Deməzdim ki, ölkədə bundan heç kim istifadə etmir. Bu barədə geniş məlumatı olan insanlar ondan istifadə edir. Əsas məsələ ondadır ki, insanlar hər hansı kosmetik vasitələrdən, maskalardan istifadə etməkdən öncə onu araşdırmağı unudurlar. Biz hər zaman bunu xatırladırıq ki, üz dərisi müxtəlif olduğu kimi, müxtəlif dəri qrupunda yaranan problemlərdə fərqli olur. Vulkan palçığının tərkibində olan eyni bir elementi müxtəlif dəri problemləri üçün istifadə etmək olmaz. Xüsusi laboratoriyalarda onların tərkibi dəqiq müəyyənləşdirlir. Çünki, bütün vulkanların tərkibi də eyni olmur.

Dəri xəstəlikləri arasında xüsusilə dərinin infeksion xəstəliklərində, eləcə də dəri sızanaqları, “akne” dediyimiz problemlər, demadekoz xəstəliyi, staflakok və s. Bir çox problemlərin müalicəsində istifadə edilə bilir. Yalnız, bu mütləq və mütləq həkimlə dəqiqləşdirildikdən sonra istifadə edilməlidir. Çünki, dəri probleminə uyğun mikroelementləri özündə birləşdirən palçıq effektiv nəticə verəcək.

Deyə bilmərik ki, vulkan palçığı bütün dəri problemi olan insanlar üçün müalicəvi olacaq. Bu gün Naftalan sanatoriyasında palçıqla müxtəlif müalicə üsulları tətbiq edilir. Təəssüf ki, qiymət baxımından hər kəs bu xidmətlərdən yararlana bilmir. Amma sağlam dəriyə sahib insanlar da öz dəri tipinə uyğun vulkan palçığından qidalandırıcı kimi, qırışların aradan qaldırılması və liftinq effekti kimi istifadə edə bilərlər. Müxtəlif mikroelementlərlə zəngin olduğu üçün çox gözəl effekt verəcək”.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyir ki, Mendeleyev cədvəlinin demək olar ki, yarısı bu palçığın tərkibində var:
“Hər bir palçıq vulkanın tərkibində faydalı maddələr olduğundan təbabətdə də istifadə edilir. Yeraltı xəzinələr əsasında kosmetik vasitələr istehsal edilir. Vulkanların tərkibi kimyəvi elementlərlə zəngindir, lakin təəssüf ki, bu sərvətdən yetərincə istifadə olunmur. Üstəlik vulkanlara yaxın ərazilərdə yaşayan insanlar vulkan palçığının ətrafını çirkləndirməklə xammalı yararsız hala salırlar. Bununla yanaşı ondan ev tikintisində xammal kimi istifadə edirlər.

Ölkədə 350-yə yaxın palçıq vulkanı mövcuddur. Salyanın Xıdırlı qəsəbəsində “Xıdırlı” palçıq vulkanı var. Orada olarkən yerli sakinlər mənə deyirdilər ki, Adil müəllim, xarici ölkələrdən yaşlı bir cütlük “Xıdırlı” vulkanının palçığı ilə müalicə olunmaq üçün Azərbaycana gəlirdi. Təsəvvür edin ki, xaricdən ölkəmizə gəlib müalicə olunurlar.

Təbiət bunu bizə bəxş edib, axı biz niyə bundan istifadə etməyək? Xəzərin sahilində “Bahar” vulkanı var. Bu vulkanın yaxınlığında kurort müəssisəsi tikilə bilər. Bakıya gələn turistlərin hamısı da olmasa bir çoxunun vulkanlara getmək istəyi olur. Dünyada vulkan püskürməsi olan ərazilərə turistlər çox maraq göstərirlər. Azərbaycan vulkanları üçün də bunu demək istərdim, amma təəssüf ki, bu sarıdan vulkanların bəxti gətirməyib”.

Professorun fikrincə, bu palçıq bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər. Onun dediyinə görə, hələ ötən əsrin 80-ci illərində vulkan palçığının tibbə tətbiqinə başlanılıb:

“Kurortologiya İnstitutunun həkimləri AMEA-nın Geologiya İnstitutu ilə birgə palçıq vulkanlarının xassələrini öyrəniblər. Bir sıra xəstəxanalarda vulkan palçığı ilə müalicə üsulundan istifadə olunub.

Vulkan palçığı özünün müstəsna yüksək balneoloji xassələrinə görə bir çox xəstəliklərin – hərəkət aparatı, oynaqlar, onurğa sütunu, periferik – əsəb sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər diabeti, aterosklerozun müalicəsi, eləcə də ginekologiya, urologiya və xüsusilə kosmetologiyada istifadə olunması üçün zəruridir.

Məsələn, Şamaxı rayonunda olan bütün palçıq vulkanları müalicəvi əhəmiyyətlidir. Lakin Şamaxı rayonunda olan vulkanlar yalnız bir xəstəliyin müalicəsi üçün daha əlverişlidir. Salyandakı palçıq vulkanları öz tərkibi və mikro elementlərinə görə başqa bir xəstəliyin müalicəsi üçün faydalıdır. Mən bütün bunları nəzərə alaraq həkimlər üçün palçıq vulkanlarının xəritələrini hazırlamışdım. Lakin sonradan bu layihələrin əksəriyyəti yarımçıq qalıb”.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com