Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR






Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Nyu-Yorkda kofeşop açan bakılı: Tanışlarım ideyama gülürdü - FOTO

Oxu.Az Nyu-Yorkda kofeşop açan bakılı gənc - Kirill Lıkovla müsahibəni təqdim edir:


Oxu.Az Nyu-Yorkda kofeşop açan bakılı gənc - Kirill Lıkovla müsahibəni təqdim edir:

- Sizi tanımayanlar üçün özünüzü təqdim edin, zəhmət olmasa.

- Adım Kirilldir, 32 yaşım var. Hazırda Nyu-Yorkda yaşayıram. Vizanı aldıqdan bir ay əvvələ qədər evimdən bu qədər uzaq düşəcəyim ağlıma gəlməzdi. Amma həyatımda dəyişiklik istəyirdim. Birdən nəyisə dəyişmək kimi spontan qərar verdim.
- ABŞ-da nə ilə məşğul olurdunuz və kofeşop açmaq ağlınıza necə gəldi?

- Ştata beş il yarım əvvəl gəlmişdim. Asan deyildi, cibimdə cəmi 500 dollar və ingilis dili yoxsulluğu var idi. İstənilən işdən yapışmaq lazım gəlirdi. Ofisiant köməkçisi, qabyuyan kimi çalışdım. Bacarıqlarımı itirməmək üçün paralel olaraq kofeşoplarda iş axtardım.

Beləcə, bir neçə il “bazar günü”süz, istirahətsiz işlədim. Kofeşop açmaq arzusu hələ Bakıda ikən yaranmışdı. Ştata gələndə qarşıma beş il ərzində arzumu reallaşdırmaq məqsədi qoydum. Dörd il sonra dostum (biznes ortağım) Pərvizlə “Velvette Brew #1”-i açdıq.
- Kofeşopu açarkən hansı çətinliklərlə üzləşdiniz?

- Ən çətini, adətən, “düzgün məkan” tapmaq olur, yəni yerləşmə yeri və qiymətinə görə. Xoşbəxtlikdən, bizdə bu çətinlik olmadı. İki həftə sonra yaxşı yer kəşf etdik. Bizim üçün ən çətini təmir prosesi və biznes üçün lazımi sənədləri toplamaq oldu, dostlarımızın köməyi ilə öhdəsindən gəldik. Yenə də paralel və istirahətsiz işləmək lazım gəldi. Bacaracağımıza heç bir şübhəmiz yox idi.

- Öhdəliklərinizi digər məsul şəxslə necə bölürsünüz?

- Hər şeyi birlikdə edirik. Partnyorluqda ən vacib olan bir-biri ilə danışa bilmək və istənilən problemi birgə həll etməkdir. Bu da bizdə yaxşı alınır. Pərviz, əsasən, texniki məsələlərlə məşğul olur, mən də biznesi içəridən idarə edirəm.
- Bu işə yeni başlayan gənclərə nə məsləhət və tövsiyələr verə bilərsiniz?

- Ən vacibi, arzu və məqsədə sahib olmaqdır deyə düşünürəm. Bəs arzu və məqsəd olduqdan sonra nə etmək lazımdır? O istiqamətdə əlini o işdən buraxmadan yoluna davam etmək. Yolumuzda bizdə heç nə alınmayacağını, bacarmayacağımızı deyən insanlarla tez-tez rastlaşırıq.

Vacib olan bu cümlələri “həzm edə” bilmək və onları yaxşı motivasiya mənbəyi kimi istifadə etməkdir. Onlara bunu bacaracağınızı göstərin, məqsədinizə çatın. Sonra onların sizinlə bağlı səhv düşündüyünü bilmək yaxşı hiss etdirir. Tanışlarımın çoxu mən onlara ştatda kofeşop açacağımı deyəndə gülüb zarafatlaşmışdılar. Amma indi kofeşopun sayı artıq ikidir.
- Gələcək üçün nə planlar var?

- Planda brendimizi beynəlxalq bazara çıxarmaq var. 2019-cu ildə azı iki kofeşop da açmağı planlaşdırırıq. Ardını da sonra görəcəyik.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com