Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR






Cövşən Kəbir duası
MÜCİR DUASI- VİDEO
Təvəssül duası (VİDEO)
«Aşura» ziyarəti - VİDEO
“Simat” duası - VİDEO
«Nadi Əli» duası
Məşlul duası
"Fərəc" duası
“40 Rabbənə” (Ey Rəbbimiz!) duası - VİDEO
Allahı tanıyaq
 

Xəbərlər
Professor: Şirin su ehtiyatları tükənsə, Xəzərdən su içməli olacağıq!

İqlim dəyişikliyi bütün planetdə içməli su ehtiyatlarının azalmasında böyük rol oynayır.


İqlim dəyişikliyi bütün planetdə içməli su ehtiyatlarının azalmasında böyük rol oynayır. Alimlərin əksəriyyəti şübhə etmirlər ki, 30-50 ildən sonra içməli su ehtiyatları tükənəcək.

Dünya çox sürətlə inkişaf edir. İnsanlar getdikcə artır, sürətli iqtisadi inkişaf isə bununla birləşərək, su ehtiyatlarının tükənməsinə gətirib çıxarır.

Dünyanın bir çox ölkələrində bu qaçılmaz böhrana hazırlıq üçün dövlət planı mövcuddur. Dünyadakı xəstəxanalarda yatan şəxslərin əksəriyyəti təhlükəli sulardan istifadə ilə bağlı xəstəliklərdən əziyyət çəkirlər.
Bir neçə il əvvəl Azərbaycan ən az şirin su ehtiyatlarına sahib ölkələr siyahısına düşüb. Dünya bankı Azərbaycanı regionun və hətta dünyanın ən az su ehtiyatlarına sahib ölkələri siyahısına daxil edib.

Qarşıdakı problemlərin mühümlüyü ilə bağlı mübahisələr artıq yaranmır.

Ölkəmizdə bununla bağlı işlər nə yerdədir? Bizdə su ehtiyatları, həqiqətən də, çoxdur və onlar tükənsə, nə edəcəyik?

Bu və digər suallara Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu direktorunun müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov cavab verib.

Onun sözlərinə görə, hər gün dünyada içməli su ehtiyatları azalır və Azərbaycanda digər ölkələrdə olduğu kimi, bu vəziyyətlə bağlı tədbirlər planı var.

“Bu gün ölkəmizdə 30,9 kub kilometr içməli su ehtiyatı var. Onlardan 20,6 kub kilometr Azərbaycana xaricdən gəlib çatan çayların, qalan 10,3 kub kilometr isə ölkə ərazisindən axan çayların payına düşür”, - “Azərsu” mütəxəssisi deyib.

O əlavə edib ki, Abşeron yarımadasında Azərbaycanın digər ərazilərindən fərqli olaraq, daha çox içməli suya tələbat var.

“Məhz bu səbəbdən yarımadada bir neçə içməli su mənbəsi var. Bakı bunun üçün yerüstü (Samur və Kür çayı) və yeraltı (Şollar) su ehtiyatlarından istifadə edir. Paytaxtın əsas içməli su mənbəyi Ceyranbatan su anbarı hesab edilir. Bu anbarın su tutumu 186 milyon kub metr, uzunluğu 8,74 kilometr, maksimal eni 2,15 kilometr, maksimal dərinliyi 28,5 metr, orta dərinliyi 14,5 metrdir. Anbara su Samur-Abşeron kanalı vasitəsilə daxil olur.

2015-ci ildə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir”, - professor qeyd edib.

Müsahibimizin sözlərinə görə, Azərbaycan ərazisində ən dərin süni göl Mingəçevir su anbarıdır ki, onun həcmi 16,1 kub kilometrdir.

“Azərbaycanda ən yeni su anbarı – Şabran rayonu ərazisində hazırlanmış Taxtakörpü anbarıdır ki, bu hövzə Bakı və Sumqayıt şəhərlərini, Abşeron yarımadasını su ilə təmin edir, respublikanın şimal zonalarında ekoloji balansı qoruyur. Bundan başqa, ölkənin şimal regionunda yerləşən rayonlarında 150 min hektar ərazini su ilə təmin edir”, - elmlər doktoru deyib.

Dəniz suyunu içmək mümkün olacaq

Ekspert qeyd edib ki, bu gün Azərbaycanda içməli su ilə bağlı problemlər yalnız Aran rayonlarında müşahidə edilir.

“İş burasındadır ki, ölkəmizdəki 30,9 kub kilometr su ehtiyatı regionlar arasında bərabər bölünməyib. Misal üçün, dağlıq ərazilərə daha çox çay və içməli su payı düşür, Aran bölgəsində isə bu çaylar artır çirklənmiş olur, - F.İmanov bildirib. – Bu sudan daha çox suvarma məqsədi ilə istifadə edirlər.

Əgər biz bu itkilərin qarşısını alsaq, Azərbaycan içməli su ehtiyatları ilə bağlı dünya standartlarına uyğunlaşacaq. Bizim əsas üstünlüklərimizdən biri Xəzər dənizinin olmasıdır. Biz ərəb ölkələri kimi dəniz suyunu duzsuzlaşdıra bilərik. Ola bilsin ki, hansısa 30-50 ildən sonra biz Xəzər dənizinin suyunu içəcəyik. Bu gün ölkəmizdə Salyan rayonunun kəndlərindən birində Xəzərin suyunun duzsuzlaşdırılması üçün pilot layihə var”, - müsahibimiz deyib.
 


Xəbər arxivi
<< 2018 >>
<< Dekabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102
03040506070809
10111213141516
17181920212223
24252627282930
31
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com