Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR





Zövq və rahatlıq ocağı
Qadın qəlbini əldə etməyin yolu
Həyat yoldaşımı necə tənqid edim?
Psixoloqlara görə xoşbəxtliyin səkkiz şərti
Xanımlar oxusunlar!
Öz xanımında eyb axtarma!
Təhsil alan qadınların ailə münasibətlərinin möhkəmlənməsində rolu
Müvəqqəti nikah
Sevinc dolu həyatı birgə yaradın
Müştərək həyatı xilas etməyə dair 12 məsləhət
 

Xəbərlər
21 yaşlı rəssam: “Dünyanı fasiləyə alıb rəsm çəkirəm”

Bu gün sosial şəbəkələrdə tez-tez paylaşılan, qara qələmlə çəkilən əsərlərə yəqin ki, rast gəlmisiz.


Bu gün sosial şəbəkələrdə tez-tez paylaşılan, qara qələmlə çəkilən əsərlərə yəqin ki, rast gəlmisiz. Bəlkə sizlər də o rəsmləri bəyənərək paylaşıb, əsərin müəllifinə heyran qalmısız. Bir çoxlarınız onu tanıyır, bəziləriniz isə yox. Bu günki müsahibimiz isə 21 yaşlı istedadlı rəssam çoxlarının “Maxim” adı ilə tanıdığı Məhsum Hüseynovdur:

Oxu.Az 21 yaşlı rəssamla müsahibəni təqdim edir:

- “Maxim” bir az sizi tanıyaq.
- Məhsum Hüseynov. 21 yaşım var. Bəzən adımı tələffüz edərkən çətinlik çəkənlər olurdu deyə, ləqəb kimi özümə “Maxim” adını seçdim. Dostlarım, tanıyanlar çoxu mənə belə müraciət edir.

- Əsərlərinizi bəyənməmək olmur. Bu işin təhsilini almısız yoxsa necə?

- Əslində xeyr. Heç bir rəsm təhsilim yoxdur. Amma ailəmizdə, atam, babam vaxtilə gözəl rəsmlər çəkiblər. Peşəkarcasına deyil, amma istedadlı insanlardır. Düşünürəm bu istedadımı onlardan almışam. Ali təhsilliyəm, dünya iqtisadiyyatı fakültəsini bitirmişəm.

- Neçə yaşınızdan rəsm çəkirsiz?

- Yeddi yaşımdan rəsm çəkməyə başlamışam. Bir maraq, hobbi olaraq başlasa da son dörd il ərzində ciddi şəkildə bu işə vaxt ayırıram.

- İlk qələm təcrübənizdə nəyin və ya kimin rəsmini çəkmisiz?

- Məktəbdə oxuyan zaman hamı kimi məndə günəş, ay, alma rəsmləri çəkmişəm. Sonra “Oxu” kitabından Mirzə Ələkbər Sabirin rəsmini görüb çəkmişdim. İlk əsərim onun portreti olub. Sinif yoldaşlarım da rəsmlə maraqlandılar amma sonra davam etmədilər. Demək olar ki, elə onların hər birinin rəsmini çəkməyə başlamışdım. Belə-belə təkmilləşdirmişəm.

- Ümumiyyətlə nə vaxtsa bu işin təhsilini almağı düşünürsüzmü ?

- Hazırda buna ayıracaq vaxtım yoxdur. Hərbi xidmətdən məzuniyyətə gəlmişəm, bu gün geri qayıdacam. İnşallah xidmətimi başa vurub qayıdandan sonra gerçəkləşdirmək istədiyim planlarım çoxdur. Ola bilər bunu da düşünərəm. Təhsilini almasam da 4 ildir ki bu işə hər gün ortalama dörd-beş saat vaxt ayırmaqla öz üzərimdə çalışıram.

- Məhsum, niyə məhz ağ-qara rəsmlər?
- Əslində rəngli qələmlərdən istifadə edərək çəkdiyim rəsmlərim var. Sadəcə olaraq tərz olaraq ağ-qara rəng mənim ruhuma daha çox xitab edir. Ağ kağız, qara qələm, kömür məni rənglərdən daha çox cəlb edir.

-Bəs bir rəsm əsərinin ərsəyə gəlməsinə nə qədər vaxt sərf edirsiz?
- Baxır çəkdiyim rəsmə. Elə portretlər var ki, beş ya altı saata tamamlaya bilirəm. Elə əsərlərimdə var ki, onları 20 saata, hətta 50 saata tamamlamışam. Ümumiyyətlə əsərə nə qədər çox vaxt ayırıb, incə-incə işləsəm o qədər gözəl nəticə ortaya çıxır.

- Bu günə qədər ən az və ən çox vaxtınızı alan əsərləriniz hansılar olub?
- Maraqlı sual verdiniz. Bir az fikirləşim. 50-55 saata yaxın vaxt ayırdığım New York “Times Square” əsərimi qeyd edə bilərəm. Onu A2 formatlı kağızda çəkmişəm və bütün xırdalıqları təsvir etmək üçün çox vaxt sərf etmişdim. Ən az vaxt aparan əsərlərim isə ortalam 7-8 saata yaxın hazır olur.

- Şairləri, yazışıların özünəməxsus ilham mənbəyi var. Sizi bu əsərləri belə gözəl çəkməyə nə ilhamlandırır?
- Mən rəsmlərimi daha çox gecə çəkirəm. Xüsusilə də musiqi sədaları altında. Musiqisiz rəsm çəkdiyimi xatırlamıram. Kiçik bir otaq bəs edir, qulaqlıqrları taxıb bu dünyanı fasiləyə qoyuram. Nəticəsi isə gördüyünüz əsərlərdir.

- Əsasən xarici aktyorların portretləri çoxluq təşkil edir. Fanatik yanaşmalardır yoxsa?
- Deməzdim. Sadəcə olaraq bəlkə də filmlərin təsirindən obrazlarına görə seçmişəm. Amma əsərlərim arasında son 20 rəsmim- Nyu York, Pablo Eskobar, Emma Stone, Emilia Clarke, Leonarda Di Caprio və s. favorilərim sırasındadır.

- Rəsm dərsi verirsizmi?
- Əslində rəsm dərsi vermək üçün bu işin texnikasını bilməliyəm və izah etməliyəm. Mən bu işi təhsilsiz inkişaf etdirdiyim üçün kiməsə izah edə bilmirəm. Ona görə dərs vermirəm.

- Hərbi xidmətdən qayıtdıqdan sonra sərgi açmağı necə düşünürsüzmü?
- Bəli, istəyim 50-60 əsərimi bir araya toplayıb şəxsi sərgimi keçirməkdir. Əsərlərimə olan maraq məni sevindirir. Çalışacam emalatxana götürüm və daha rahat çalışacağım şərait qurum.
 


Xəbər arxivi
<< 2019 >>
<< Yanvar >>
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com