Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR
Zövq və rahatlıq ocağı
Qadın qəlbini əldə etməyin yolu
Həyat yoldaşımı necə tənqid edim?
Psixoloqlara görə xoşbəxtliyin səkkiz şərti
Xanımlar oxusunlar!
Öz xanımında eyb axtarma!
Təhsil alan qadınların ailə münasibətlərinin möhkəmlənməsində rolu
Müvəqqəti nikah
Sevinc dolu həyatı birgə yaradın
Müştərək həyatı xilas etməyə dair 12 məsləhət
 

Xəbərlər
İcra Hakimiyyətindən “səs-küylü” fotoya - MÜNASİBƏT

20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoda əlil arabasında oturan hərbçinin iki polisin köməyi ilə pilləkənləri qaldırılması əks olunub.

Sosial şəbəkə istifadəçiləri paylaşım zamanı fotoya “qəhrəman polislərimiz, qürur yerimiz” şərhini verərkən, digərləri ərazidə fiziki məhdudiyyətli şəxslər üçün pandusların olmamasına diqqət çəkərək, “qürurlanmaq yox, utanmaq lazımdır”, - yazıblar.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sonuncu təmir zamanı bu kimi məsələlər nəzərə alınıb:

“Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən mənə verilən məlumata görə, sonuncu dəfə Şəhidlər Xiyabanında əsaslı təmir işləri yekunlaşdıqdan sonra fiziki məhdudiyyətli vətəndaşların Şəhidlər Xiyabanını rahat şəkildə ziyarətini təmin etmək, eskalator və əlil arabalarının yuxarı qaldırılması üçün xüsusi lift qurşadırılıb. Əlil şəxslər həmin eskalator vasitəsilə yuxarı qaldırılır, onunla da aşağı düşürülür”.

İ.Kərimov qeyd edib ki, eskalator və lift xiyabanda sonuncu qəbirlər olan hissədə quraşdırılıb.

 


Xəbər arxivi
<< 2019 >>
<< Fevral >>
B.e Ç.a Ç C.a C Ş B
010203
04050607080910
11121314151617
18192021222324
25262728
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com