Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
MÜXTƏLİF
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
     Dualar - video
 
     Əlamətdar günlər
 
 
ÇOX OXUNANLAR
Zövq və rahatlıq ocağı
Qadın qəlbini əldə etməyin yolu
Həyat yoldaşımı necə tənqid edim?
Psixoloqlara görə xoşbəxtliyin səkkiz şərti
Xanımlar oxusunlar!
Öz xanımında eyb axtarma!
Təhsil alan qadınların ailə münasibətlərinin möhkəmlənməsində rolu
Müvəqqəti nikah
Sevinc dolu həyatı birgə yaradın
Müştərək həyatı xilas etməyə dair 12 məsləhət
 

Xəbərlər
ÜST rəsmisi: Azərbaycanda A/H1N1 virusu var

Bu gün Azərbaycanda A/H1N1 virusu var.


Bu gün Azərbaycanda A/H1N1 virusu var. Bu, yeni virus deyil. 2009-cu ildən müşahidə edilən A/ H1N1 virusu artıq “donuz qripi” adlandırılmır.

Oxu.Az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu qrip artıq 10 ilə yaxındır mövcuddur:

Oxu: Azərbaycanda “donuz qripi” var? - RƏSMİ AÇIQLAMA
“Bu “donuz qripi” yox, adi mövsümi qripdir. Azərbaycanda müşahidə edilən virus Avropada, Gürcüstanda da müşahidə edilir. Lakin A/H1N1 artıq adi mövsümi qrip hesab edilir, “donuz qripi” yox. Bu mövsümi qrip özü həm A/H3N2, həm də A/H1N1 viruslarını yarada bilir. Virusun dəyişməsi daha təhlükəlidir”.

H.Harmancı onu da əlavə edib ki, “donuz qripi” donuzdan insana keçdikcə və insandan insana keçərək yayıldıqca buna artıq mövsümi qrip deyilir:

“Dünyada sonuncu dəfə 2009-cu ildə son pandemiya olub. Bu zaman yeni yaranan virusun insana keçməsi müşahidə edilib. Son pandemiyanı yaradan A/H1N1 olub. Bütün Avropa ölkələrində yayılan qrip virusuna qarşı laboratoriyalarda müayinələr aparılır. Nəticələr geniş müzakirə edilir və yekun qərar əsasında hansı virusun yayılması müəyyənləşdirilərək ona uyğun mövsümü qrip peyvəndləri hazırlanır”.

H.Harmancı Azərbaycanda A/H1N1 müşahidə edilməsinin təşvişə səbəb olacaq vəziyyət olmadığını da diqqətə çatdırıb:

“Bu məsələni tez-tez gündəmə gətirərək, insanları təlaşlandırmaq lazım deyil. Viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək mütləqdir”.
 


Xəbər arxivi
<< 2019 >>
<< Aprel >>
B.e Ç.a Ç C.a C Ş B
01020304050607
08091011121314
15161718192021
22232425262728
2930
 

Konvertor

 
 
facebook.com twitter.com instagram.com telegram.com youtube.com linkedin.com