Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR
Nümunəvi qadınlar
Qadınları döymək olarmı???
Məhrəmlərlə evlənməyin haram olunması
Mömin və kafir qadınlardan nümunələr
Biz sənə Kövsər əta etdik
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ögey analarla evlilik qadağandır
Qadının yaradılışı
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
 

Xəbərlər
Kovser.az saytı 2 illik fasilədən sonra Hz. Əlinin doğum günündə yenidən sizlərə təqdim olundu


Hz. Fatimənin adını daşıyan bu saytın yenidən işıq üzü görməsi hz. Əlinin doğum gününə təsadüf edir. Lakin bu təsadüfi deyil. Sayt Hz. Əlinin həyat yoldaşı, hər iki dünya xanımı Fatimeyi Zəhranın adını daşıdığından məhz bu günə salındı. Həyat yollarını hər zaman birgə addımlayan bu iki cütlüyün adları bu dəfə də birgə hallanır.

Kövsər saytı 2006-cı ildə bir qrup azərbaycanlı müsəlman qadın tərəfindən təsis olunub. Məqsədimiz İslam mədəniyyətində qadının tutduğu mövqeyi işıqlandırmaq və xanımlarımızın dini cəhətdən maariflənməsinə yardım etməkdir.
Saytımız qadınları maraqlandıran bütün sahələri əhatə etmiş, hər cür dini və dünyəvi mövzuları işıqlandırmışdır.
Materiallarımız audio yaxud video variantda da təqdim olunacaq. Beləki, mütaliəyə vaxt tapa bilməyənlər gündəlik işlərindən ayrılmadan belə istədikləri mövzunu dinləyərək öz məlumatlarını artıra bilərlər.
Saytımız 21 rubrikadan ibarətdir. Bunlardan aşağıda qeyd etdiyimiz bir neçəsi daha dolğun və geniş təqdim olunur:

“Hicab geyimləri” bölməsində 2000-dən çox hicab modeli yerləşdirilib. Bu qədər geyimin içindən hər bir qadın öz zövqünə uyğun geyim tapacaq. Hər mövsümdə yeni hicab modelləri də təqdim olunacaq. Burada hicabın İslama uyğun şəriət qaydaları da açıqlanıb. Və həmçinin hicab bağlama qaydaları video şəklində yerləşdirilib.


“Kulinariya məktəbi” bölməsində peşəkar aşbazların və illərlə mətbəxdə təcrübə toplamış xanımlarımızın məsləhətlərindən faydalana bilərsiniz. Həm milli, həm xarici mətbəxdən yüzlərlə yeməklərin içindən ən dadlıları seçilib video şəklində sizlərə təqdim olunacaq. Hər həftə yeni reseptlərlə xidmətinizdə olacağıq. Bundan əlavə hər bir ərzağın tərkibi, ziyan və faydaları ilə də tanış ola bilərsiniz.



“Uşaq sağlamlığı” bölməsinində pediatr məsləhətləri və müasir tibbi biliklərlə tanış olacaqsınız. Körpənizi dünyaya gətirdiyiniz andan ona qulluq etmək qaydaları, uşağı sağlam böyütmək yolları, xəstəliklər, gigiyena və s. mövzuları bu bölmədən tapa bilərsiniz.



“Hamiləlik dövrü” bölməsində körpənin ana bətnindəki vəziyyəti, aylıq və həftəlik inkişafı, hamiləliyə aid gündəlik dini əməllər, idman, qida rasonu və bir çox sizi maraqlandıran mövzularla təfərrüatı ilə tanış olacaqsınız.



“Əl işləri” bölməsi ən maraqlı və rəngarəng materiallarla doludur. Hər bir qadının əl qabiliyyəti onun üstünlüyüdür. Bunu siz də bacararsınız. Evinizdə olan ən xırda parça, sap, muncuq, hətta qəzet və digər lazımsız əşyalardan səmərəli istifadə qaydalarını öyrənəcəksiniz.

“Kitabxana” bölməsində ən dəyərli alimlərimizin kitablarını bir neçə dildə oxuya bilərsiniz. Bəzi kitabların audio variantı da yerləşdirilmişdir. O cümlədən, dini jurnallarla da tanış ola bilərsiniz.

Yuxarıda qeyd olunan bölmələrdən əlavə zamanla fəaliyyətimizi daha da genişlədib oxucularımızın rəy və təkliflərini nəzərə alaraq yeniliklər edəcəyik.
Yaxın gələcək üçün nəzərdə tutulan işlər bunlardır:
Dini suallarla hazırlanmış milyonçu oyunu, həftəlik cümə xütbələri, əlamətdar günlərdə dostlarınızı təbrik etmək üçün elektron kartlar bölməsi, məsumlardan nəql olunan yuxu yozumları, azərbaycan, rus və türk dilində olan dini filmlər, dini mahnılar, yeni doğulmuş körpələrə ad qoymaq üçün dini adların izahı və siyahısı, dua və munacat bölməsində hər bir duanın oxunuşu, tərcüməsi və şərhi, uşaqlar üçün dini oyunlar və s.
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Noyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: