Ana səhifə     Haqqımızda                 
 
İSLAM VƏ QADIN
 
     Quranda qadın
 
     Hədisdə qadın
 
     Tarixdə qadın
 
 
QADIN HÜQUQU
 
     İslam fiqhində
 
     Qanunvericilikdə
 
     Digər dinlərdə
 
 
AİLƏ OCAĞI
 
     Uğurlu nikah
 
     Kişi və qadın
 
     Gəlin-qaynana
 
 
ANALAR BİLMƏLİ
 
     Hamiləlik dövrü
 
     Uşaq sağlamlığı
 
     Uşaq tərbiyəsi
 
 
BAXIMLI QADIN
 
     Gözəllik
 
     Sağlamlıq
 
     Hicab geyimləri
 
 
EVDARLIQ
 
     Əl işləri
 
     1001 məsləhət
 
     Kulinariya məktəbi
 
 
OXU ZALI
 
     Ədəbiyyat
 
     Bizim qələm
 
 
ÇOX OXUNANLAR
Nümunəvi qadınlar
Qadınları döymək olarmı???
Məhrəmlərlə evlənməyin haram olunması
Mömin və kafir qadınlardan nümunələr
Biz sənə Kövsər əta etdik
Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin
Quranda ismət və ibadət örnəyi – Həzrət Məryəm
Ögey analarla evlilik qadağandır
Qadının yaradılışı
Bəzi Peyğəmbər (s) qadınlarının məzəmməti
 

İSLAM VƏ QADIN >> Quranda qadın
Nümunəvi qadınlar


Quran qadın və kişinin yaranışındakı bərabərliyi qəbul edirmi? Qadın və kişi üçün təkamül yolu eynidirmi? Nümunəvi qadınlar bizə tanıtdırılıbmı?
«Quran kişi və qadının xilqətini eyni bir həqiqətdən bilir» («Nisa» surəsi, ayə 1). İnsan ruh və bədəndən təşkil olsa da, onun həqiqətini təşkil edən, onu kamilliyə və tənəzzülə sövq edən «mücərrəd ruh»dur. İnsanın həqiqətini onun ruhu təşkil etdiyi üçün yüksəliş və tənəzzülün hər biri ruha aiddir. Yaranış baxımından ruh mücərrəddir (cism deyil) və insan ruhunda cinsiyyət olmadığından, kişi və qadın ruhi baxımdan eynidir. Onlar sadəcə iki surətdə – qadın və kişi surətində təcəlli ediblər.
Qadın və kişi yaranışının həqiqəti bir olduğu üçün onların fəzilətlərə çatma yolu da eynidir. İnsanın kamilləşməsi ruha aiddir. İnsani fəzilətlərə çatmaqda qadın da, kişi kimi ucala bilər. Demək, yol seçməkdə və mənəvi dərəcələrə çatmaqda qadın və kişi arasında fərq yoxdur. Çünki bu iki vücudun yaranış həqiqəti eynidir.
Qurani-Kərim bu barədə belə buyurur:
«Mömin olub, yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və yaxşı əməllərinə görə onları mükafatlandıracağıq» («Nəhl» surəsi, ayə 97).
Bu ayəyə əsasən, Allah-Taala fəzilətlərə çatmaqda, təyibə həyatdan faydalanmaqda qadınla kişi arasında heç bir fərq qoymamış və onları yaxşı əməllərinə görə mükafatlandıracağını vəd etmişdir.
Təkamülün şərti iman və saleh əməldir. Bu məsələdə də, qadın və kişi eynidir. «Əhzab» surəsinin 35-ci ayəsində belə buyurulur:
«Həqiqətən, Allah müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, itaətkar kişi və qadınlar, doğruçu kişi və qadınlar, səbirli kişi və qadınlar, sədəqə verib, oruc tutan kişi və qadınlar, təvazökar kişi və qadınlar, namuslarını hifz edən kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır!»
Bu ayədə kişi və qadının imanı eyni dərəcədə vəsf olunmuş və onların mükafatı da eyni cür göstərilmişdir.
«Hucurat» surəsinin 13-cü ayəsində isə kişi və qadına fərq qoyulmadan «Allah yanında ən hörmətliniz daha çox təqvalı olanlarınızdır» buyrulumuşdur.
İnsan fitrəti zatən paklığa meyilli olduğundan, daim pak insanlar, onların əməl və əxlaqları sitayiş edilir. Bu səbəbdən də saleh insanların yolu nümunə götürülür. Nümunə götürmək, başqalarının dəyərli xüsusiyyətləri təsirində olmaq fitrətin əmridir. Eynilə çirkin əməllərə, əxlaqa nifrət də fitrətdəndir.
Quran hidayət və nur kitabı olduğundan, başqalarının ülgü götürməsi üçün ilahi simaları da, insanlara təqdim etmişdir. Belə ki, insanlar təkamül yolunu tapmaqdan ötrü onların yolunu, üsullarını öyrənməlidirlər. İnsanlar arasında, daim başqalarına haqq yolunda mübarizliyi ilə nümunə olmuş bir çox şəxsiyyətlər mövcuddur. Belə insanların içərisində həyat çətinliklərinin qaranlıq girdabında nəfsinə uymamış pak və iffətli qadınlar da az deyil. Onlar cəmiyyət üçün nümunələrdirlər.
Hidayət və tərbiyə kitabı olan Quran insanları doğru yola yönəldilməsində təkcə yolun izahı ilə kifayətlənməyib, bu yolu keçmiş nümunələri də bizlərə təqdim etmişdir. Eləcə də, küfr və azğınlıq öncülləri də tanıtdırılmış və onların yolunun xətərləri qeyd edilmişdir.
Quran iman gətirməkdə münasib şəraitə malik olduqlarına baxmayaraq, Allaha küfr etmiş qadınları bizlərə tanıtdırır:
«Allah kafirlərə, saleh bəndələrimizdən ikisinin nigahında olan: Nuhun arvadı və Lutun arvadını misal çəkdi...» («Təhrim» surəsi, ayə 10)
Eləcə də, Fironun arvadını həssas şəraitdə, sarayda zalıma ən yaxın fərd kimi möminlik, behişt istəyən nümunəvi bir fərd kimi xatırladır:
«Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkir» («Təhrim» surəsi, ayə 11).
Məryəm (s), Fironun zövcəsi Asiya, Musanın (ə) anası və bacısı, Şüeybin (s) qızları kimi pak qadınlar, müsəlman qadınlara nümunə olaraq Quranda təriflənmişdirlər.
Qurani-Məcid qadınlar arasında İslam Peyğəmbərinin (s) qızı olan xanım Fatimeyi-Zəhranı «Təthir» ayəsi ilə məsum bilmişdir. Ömür boyu günah etməyən o xanım (ə) əsrlər boyu bütün insanlara, xüsusilə qadınlara nümunə olmuşdur. Məryəm öz dövrünün qadınlarından fəzilətli idisə, xanım Fatimeyi-Zəhra (ə) dünya qadınlarının ən pakı, ən fəzilətlisidir.
Xanım Fatimədən (ə) nümunə götürən hər bir qadın həqiqət və İslamın müdafiəsində durmalıdır. Necə ki, bu işi onun qucağında tərbiyə almış qızları Zeynəb (ə) və Gülsüm (ə) etdi. Onlar imam Hüseynin (ə) inqilabında iştirak edərək, Kərbəla şəhidlərinin qan səlnaməsini bəşəriyyətə çatdırmış və Allah dinini müdafiə etmişlər.
Kərbəla hadisəsi hər bir dövrün insanlarına bir dərsdirsə, Kərbəladakı hadisələrdə iştirak etmiş qadınlar göstərdikləri dözüm, səbr, mətanət, ismət, fədakarlıq, hadisələrdə sınmama və s. xüsusiyyətlərlə bütün bəşər qadınlarına bir örnəkdir. Kərbəlada həm mənəvi, həm maddi cəhətdən çətin günlər yaşadıqlarına baxmayaraq, xanım Zeynəb (ə), Rübab, Səkinə, Rüqəyya, Ummul-Bəni və sairə xanımlar bütün bu acılı və dərdli səhnələrdə böyük səbr, dözüm, mətanət, mərdlik nümayiş etdiriblər. Aşura günündə onların hər biri yaxınlarının şəhadət xəbərini eşitdikdə ağıllı mövqe tutur və vəzifələrinin icrasını unutmurdular.
Bu xanımlar böyük və gözəl ədəb-ərkana malik idilər. Belə ki, xanım Zeynəbin iki oğlu Kərbəlada şəhadətə yetişdiyi zaman, o xanım xeymədən eşiyə çıxmır. Amma İmam Hüseynin (ə) Peyğəmbərə (s) oxşar övladı – Əli Əkbərin şəhidlik xəbərini eşidəndə xeymədən çıxır. Eyni ədəb-ərkanı Əbülfəz Abbasın anası Ummul-Bənidə də müşahidə etmək olar. O xanım ilk öncə oğlunu deyil, İmam Hüseyni (ə) xəbər almışdır.
Kərbəlada fədakarlığın bariz nümunəsi kimi, Vəhəb ibn Cənahın anasını qeyd etmək olar. Bu xanımın oğlu döyüş meydanında yaralandıqdan sonra anasının yanına qayıdır və deyir: «Anacan, məndən razı qaldınmı?» Anası ona belə bir qeyri-adi cavab verir: «Hüseynin yolunda şəhid olmayınca, mən səndən razı qalmaram».
Kərbəla hadisələrindən daha bir dərsdə almaq olar - hüzn dolu müsibətlərdə sınmamaq dərsini. İbn Ziyad xanım Zeynəbi (ə) sındırmaq məqsədi ilə: «Gördünmü, Allah ailənizin başına nələr gətirdi?» – deyə soruşduqda, xanım Zeynəb (ə): «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim» – söyləmişdir.
Kərbəladakı xanımlar başlarına gəlmiş müsibətlərə, onlara edilən təzyiqlərə baxmayaraq, imanlarını, əqidələrini əldən verməyərək, dini dəyərləri qorumuşlar.
Xanım Zeynəb (ə) barəsində belə nəql olunur ki, o xanım müsibətli, qəmli günləri yaşadığına baxmayaraq, nəinki vacib namazlarına diqqətli idi, hətta, gecə namazlarını belə tərk etmirdi. Belə nəql edirlər ki, əsir karvanının Kufəyə gəldiyini eşidən bir şəxs Zeynəbə (ə) yaxınlşaraq: «Hansı köməkliyi edə bilərəm?» – soruşduqda, o xanım əsirlərin ac, susuz olmasına baxmayaraq, o şəxsdən xanımların örtünməsi üçün örpək istəmişdir. Başqa bir şəxs eyni sualla müraciət etdikdə isə, xanım Zeynəb (ə) ordunun onlardan aralı getməsini istəmişdir. Bu hadisələr, xanım Zeynəbin (ə) dini dəyərlərə nə qədər diqqətli olduğuna, bir daha sübutdur.
Xanım Zeynəbin (ə) Kufə və Şamda söylədiyi alovlu xütbələr isə o xanımın yüksək intelektual səviyyəyə malik olmasından xəbər verir.
Kərbəla hadisəsində vəfadarlıq nümunəsi olaraq, İmam Hüseynin (ə) xanımı Rübabı misal göstərmək olar. Bu xanım İmam Hüseynin (ə) şəhadətindən sonra bir il ağlayıb matəm saxladı və bu müddət ərzində üstü örtülü bir yerə daxil olmadı.
Xanım Fatimeyi-Zəhra (ə) bütün dünya qadınlarının xanımıdır. Onun bütün mövqeləri, kəlamları, əməlləri İmam Həsən (ə), İmam Hüseyn (ə) və xanım Zeynəb (ə) kimi övlad tərbiyə etməsi, həyat yoldaşı Əliyə (ə) sədaqəti bizim qadınlarımıza örnək olmalıdır. Hal-hazırda bizim də, Qarabağ kimi qlobal problemimiz var. Şəhid və yaralıların anaları, onların həyat yoldaşları Kərbəlanın canlı şahidləri olmuş xanımların hərəkət yollarını diqqətlə izləməklə, öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək, xanım Zeynəbdən (ə) dərs alıb, özlərini onun məktəbinin davamçıları bilməli və Allah yolunda olan bütün çətinlikləri xanım Zeynəb (ə) kimi asan və gözəl hesab etməlidirlər.

Müəllif: Mehriban Sultanova
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!
 


Namaz vaxtı
Subh azanı
Günəş çıxır
Zöhr azanı
Məğrib azanı
Gecə yarısı
Aylıq namaz cədvəli
 
 
Xəbər arxivi
<< 2017 >>
<< Noyabr >>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
27282930
 

Konvertor

 
 
Kəbə canlı
 
 
Bizə yazın
Adınız:
E-poçtunuz:
Mövzu:
Mətn: