Əsas yeməklər    Sulu yeməklər    Salat və qəlyanaltılar    Xəmir işləri    Şirniyyat    Qışa hazırlıq    İçkilər    Bəzəklər    Ərzaqlar  
Əsas yeməklər

Balıq sırdağı

Balıq sırdağı

Azərbaycan mətbəxi balıqdan hazırlanan xörəklərin fərqli çeşidlərinə malikdir, Bunlardan biri “Balıq sırdağı”dır. Balıq sırdağını hazırlamaq üçün aşağıdakı ərzaqlardan istifadə olunur:

Kütüm balığı – 1 əd;

Kərə yağı – 200 qr;

Sarımsaq – 3 diş;

Pomidor – 4 əd;

Abqora – 3-4 x.q;


Cəfəri – 3 dəstə;

Duz, istiot.



Hazırlanma qaydası:

1. Əvvəlcə pulcuqlardan təmizlənmiş, yuyulmuş balıq iki barmaq enliyində doğranaraq duzlanıb istiotlanır.

Balıq sırdağını kütümdən başqa nərə, bölgə kimi digər az qılçıqlı balıqlardan da hazırlamaq mümkündür.

2. Kərə yağı tavada qızdırılaraq balıqların hər iki tərəfi qızardılır. Balıqları çox qızartmağa ehtiyac yoxdu.

3. Sarımsaq xırda-xırda doğranılıb qızarmış balığın üzərinə əlavə olunur. Sarımsağın dadının itməməsi üçün çox qızartmağa ehtiyac yoxdur, qızılı rəngə düşməsi kifayətdir.

Sarımsağı doğramazdan əvvəl əzmək lazımdır. Belə etdikdə sarımsaq yeməkdə sokunu daha yaxşı buraxır və sarımsağın özünə məxsus tamı daha yaxşı hiss olunur.

4. Sarımsaq qızardıqdan sonra kənara qoyulub doğranmış göyərti və alça turşusu əlavə olunur.

Mövsümlə əlaqədar alça turşusu və ya yaşıl alçadan da istifadə edə bilərik.

5. Sonra bütün ərzaqlarmızın üzərinə abqora tökülür.

6. Pomidorlar iki yerə bölünüb əlavə edilir.

7. Sonda bir armudu stəkan su əlavə olunur ki, balıq və pomidor suyunu buraxana qədər buğda bişsin.

8. 40 dəqiqə vam odda bişirilir. Bir qədər suyu qaldıqda yemək artıq hazırdı.

Nuş olsun!

 

 

Rubrikanın digər məhsulları

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İçkilər ::
Göyəm kampotu
 
Şirniyyat :: Tort və perojna
Qozlu şokoladlı tort
 
Əsas yeməklər ::
Tərs dolma
 
Şirniyyat :: Peçenye və bulka
Bulka
 
Əsas yeməklər ::
Şah plov
 
Əsas yeməklər ::
Quzu qabırğası
 
Əsas yeməklər ::
Balıq sırdağı
 
Əsas yeməklər ::
Turşu kababı
 
Əsas yeməklər ::
Quzu buğlaması
 
Əsas yeməklər ::
Nages